Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

SMEİF-in rəyasət heyətinin üzvləri Vergilər Nazirliyinin əməkdaşları ilə birgə "Heydər zirvəsi"ni fəth etmişlər

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi şərəfinə Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın vitse-prezidenti Nizami Mursakulov və  rəyasət heyətinin üzvü Xəyyam Məmmədov eləcə də, Vergilər Nazirliyinin bir qrup əməkdaşları ilə "Heydər zirvəsi”ni (3751 metr) fəth etmişlər. Bu tədbir Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.

    Federasiyanın nümayəndələri və eləcə də Vergilər Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabana getmiş, orada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə əklil qoymuşlar.


     Alpinistlərin zirvəni fəth etməyə hazırlaşmaları üçün Böyük Qafqaz sıra dağlarının yamaclarında yerləşən Qızıl Qaya adlanan ərazidə düşərgə salınmışdır. İştirakçılar mərhələ-mərhələ qalxaraq "Heydər Zirvəsi”nə çatmış, zirvədə Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoymuş, Azərbaycanın dövlət bayrağını ucaltmışlar.


      Bu yürüş Azərbaycan dövlətinin gənclərə və idmana qayğısını, həmçinin Ümummilli Liderin xatirəsinə hörmət və məhəbbətin təsdiqi olmuşdur.


      Yürüşün bütün iştirakçılarına federasiyanın sertifikatları təqdim edilmişdir. (foto arxiv)

 

 

SMEİF