Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Yol seçimi

 

Nəzarət məntəqəsinin yerləşməsi özündə yol seçimi və ərazidə həmin yolun hərəkətini təmin edir. Bu çox çətin və yaradıcı prosesə çatmaq böyük zövq verir. Təsvir olunan xəritə hissəsində nəzarət məntəqəsinin ancaq bir neçə məlum olan variantları əks etdirilib. Yol seçimi ən az vaxt itirməklə daha rasional istiqaməti seçməyi özünə məqsəd bilir. Bununla bele məlum olur ki, ən qısa yol həmişə ən düzgün yol deyil. Yol seçərkən bir sıra məsələləri də nəzərə almaq lazimdir:

·                       Hərəkət sürəti yoldan, sahədən və meşədən asılı olaraq dəyişir;

·                       Yaşıl rəng ilə işarələnmiş irəliləyiş bir qədər çətin ola bilər;

·                       Dağa dırmanma və dağdan enmə yolu sadə düzənlik yolundan daha uzun ola bilər;

·                       Seçdiyiniz yolun etibarlılığı və yaxşı ehtiyyatın dəyəri sizə məntəqənin uğurlu təyin olunmasına zəmanət verir, lakin bir qədər çox vaxt ala bilər;

·                       İnsanın şəxsi bacarıqları fərqlidir: kimsə qaçış sürətinə görə qalib gəlir, kimsə azimutla irəliləməsinə görə;

İşarələnmiş yolun keçməsində bir sıra üsullara əl atmaq olar. Aşağıdakı üsullar həmçinin nəzarət məntəqəsinin yolunu tapmaqda kömək ola bilər.

·                    azimut ilə qaçış: kifayət qədər etibarlı səmtlər olmayanda tətbiq olunur. Burada qaçış sürətli deyil, daha çox etibarlı olmalıdır. Azimut ilə qaçış adətən qisa məsafələrlə olur.

·                    azimut ilə avanslı qaçış: məsələn, siz çayın əyriliyinə tərəf qaçanda istifadə olunur. Çaya əsaslanaraq, siz dəqiq bilməyəcəksiz ki, əyrilik sizdən sağdadır və ya solda. Lakin çaya hərəkətdə bilə-bilə azca sağa istiqamətlənsəniz – çayın əyriliyi şübhəsiz ki, solda olacaq. 

·                    "torbada” qaçış: təyin olunmuş səmtlərə istiqaməti bilsəniz, sürəti çoxaldaraq kompas ilə işə və xəritə oxumağa o qədər də ehtiyac olmayacaq. 


 

SMEİF