Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

            "Təsdiq edilib”                                                                   "Təsdiq edilib”

    Gənclər və İdman Nazirliyi                                                    Səmti müəyyən etmə

      _____________________                                                       idman federasiyası

     ______________2012 – cı il                                                   _________2012 – cı il            

 

Səmti müəyyən etmə idman növü üzrə açıq Prezident kuboku

Ə S A S N A M Ə S İ

I.Yarışın məqsədi və vəzifəsi

- Səmti müəyyən etmə hərbi yönlü idman növünü Azərbaycanda inkşafı və təbliği;

- Gənclərin və zəhmətkeşlərin bu idman növünə cəlb etmək, meşə zolağında  ekstremal vəziyətdən çıxmağı;

- Səmti müəyyən etmə idman növünü kütləviləşdirmək;

- Prezident kubokunun qalibini müəyyən etmək;

- Respublika yığma komandasını müəyyən etmək.

II.Yarışın keçirilmə yeri və vaxtı

         Yarış 19 – 22 oktyabr 2012 – cı il tarixlərində Xaçmaz rayonun Yalama qəsəbəsinin meşə zolağında keçiriləcəkdir. Yarışa gəlmə günü və komandalarının qeydiyatdan keçməsi 19 oktyabr saat 18:00 qədərdir. Yarış iştirakçıların yerləşdirməsi "Xəzər” turist bazasındadır.

III.Yarışa rəhbərlik

         Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi , Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycanda faliyyət göstərən Ukrayna Səfirliyi edir. Yarışın bilavasitə təşkili və keçirilməsi Gənclər və İdman Nazirliyi və Səmti Müəyyən Etmə İdman Federasiyanın təsdiq etmiş hakimlər kollegiyasına həvalə olunur. Yarış ümumi qaydalar üzrə götürülmüş norma və tələblər əsasında keçirilir.

IV.Yarışın iştirakçıları və keçirilmə şərtləri

         Yarışda güc nazirliklərin, dövlət strukturların,G.İ.C., şəhər, rayon, klubların, ali, orta ixtisas və dəvət olunmuş xarici təşkilatların yığma komandaları arasında keçirilir. Yarış iştirakçıların yaşı 16 dən az olmamalıdır, yığma komandanın tərkibi 6 nəfər (2 kişi, 2 qadın, 1 nümayəndə, 1 məşqçi). Prezident kuboku şəxsi komanda yarışıdır. Yarış səmti müəyyən etmə yarışdan ibarətdir. Ümumi komanda qalibi ən yaxşı vaxt göstərən idmançıların nəticələri əsasında müəyənləşir.

V.Yarışın programı

19 oktyabr – komandaların yarış yerinə gəlməsi və yerləşdirilməsi, komandaların qeydiyyatdan keçməsi, püşk atma.

20 oktyabr – komanda nümayəndələri ilə hakimlər heyətinin iclası, səmti müəyyən etmə üzrə uzun məsafəyə yarışma.

21 oktyabr – səmti müəyyən etmə üzrə qısa məsafəyə yarışma.

22 oktyabr  – yarışın yekunu, mükafatlandırma və komandaların yola salınması.

VI.Mükafatlanma

         Yarışda ümumi komanda hesabında qalib gəlmiş komanda Nazirliyin və federasiyanın kuboku, üzvləri diplomla, qiymətli hədiyyələrlə və medallarla mükafatlanırlar, şəxsi yarışda kişilər və qadınlar arasında birinci yer tutmuş idmançılar qiymətli hədiyyə və medallarla mükafatlandırılır. Yarışda II – III ümumi komanda yerləri tutmuş komandalar Nazirliyin müvafiq diplomları ilə təltif olunurlar, şəxsi yerləri tutmuş idmançılar diplom və medallarla təltif olunurlar.

VII.Maliyyə xərcləri

         Hakimlərin nəqliyyət, ezamiyyət, iş, yatmaq, yemək və qaliblərin mükafatlanma xərcləri Azərbaycan Respublika Gənclər və İdman Nazirliyin hesabınadır.  Prezident kubokunda  iştirak edəcək komandaların ezamiyyət xərcləri ezam edən təşkilatın hesabınadır.

VIII.Sifarişlərin qəbulu

         Yarışda iştirak etmək üçün təsdiq oktyabırın 15 – nə kimi Gənclər və İdman Nazirliyinə və Səmti Müəyyən Etmə İdman Federasiyasına göndərilir. Sifarişlər yarış yerində 19 oktyabr saat 18:00 qəbul olunur.  İdmançılar həkim müayinəsindən keçməlidirlər. Müayinədən keçən təşkilatın möhürü və həkimin imzası sifarişdə öz əksini tapmalıdır.

Əsasnamə yarışa gəlmək üçün əsasdır.

Tel: (012) 465 65 03; (012) 403 84 07; mob (050) 381 20 15

 

ƏLAVƏ: Sifarişin nümunəsi


Təşkilatın adı______________________________________________________________________

__________________________________________________________________________________________

                                                                        SİFARİŞ

                                                                                                              Tarix: "____” ______________ 2012-ci il

Soyadı, adı

Təvəllüdü

Təşkilatın adı

İdman dərəcəsi

Həkim icazəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Təşkilatın rəhbəri  ____________________________________________ möhür

Komandanın nümayəndisi ______________________________________ möhür

Komandanın məşqçisi __________________________________________möhür

Həkimin imzası _______________________________________________möhür

 

SMEİF