Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

                                                                                            "Təsdiq edilib”

                                                                                 Gənclər və İdman Nazirliyi

                                                                                  _____________________

                                                                                  ______________2012 – cı il


Səmti müəyyən etmə idman növü üzrə açıq Azərbaycan Çempionatının

Ə S A S N A M Ə S İ


I.Yarışın məqsədi və vəzifəsi

- Səmti müəyyən etmə hərbi yönlü idman növünü Azərbaycanda inkşafı və təbliği.

- Gənclərin və zəhmətkeşlərin bu idman növünə cəlb etmək,meşə zolağında  ekstremal vəziyətdən çıxmağı.

- Səmti müəyyən etmə idman növünü kütləviləşdirmək.

- İdmançıların şəxsi birincilikdə Respublika Çempionu müəyyən etmək.

- Respublika yığma komandasını müəyyən etmək.

II.Yarışın keçirilmə yeri və vaxtı

         Yarış 28 sentyabr – 01 oktyabr 2012 – cı il tarixlərində Xaçmaz rayonun Yalama qəsəbəsinin meşə zolağında keçiriləcəkdir (Tel bulağı).Yarışa gəlmə günü və komandalarının geydiyatdan keçməsi 28 sentyabr saat 18.00 qədərdir.

III.Yarışa rəhbərlik

         Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səmti müəyyən etmə federasiyası edir. Yarışın bilavasitə təşkili və keçirilməsi Respublika alpinist – turist idman klubuna həvalə olunur. Yarış ümumi qaydalar üzrə götürülmüş norma və tələblər əsasında keçirilir.

IV.Yarışın iştirakçıları və keçirilmə şərtləri

         Yarışda güc nazirliklərin,dövlət strukturların,G.İ.C., şəhər,rayon,klubların, ali, orta ixtisas və dəvət olunmuş xarici təşkilatların yığma komandaları arasında keçirilir.Yarış iştirakçıların yaşı 18 dən az olmamalıdır,yığma komandanın tərkibi 8 nəfər (4 idmançı,2 qadın,1 nümayəndə,1 məşqçi). Azərbaycan çempionatı şəxsi komanda yarışıdır.Yarış səmti müəyyən etmə yarışdan ibarətdir.Ümumi komanda qalibi ən yaxşı vaxt göstərən idmançıların nəticələri kişilər arasında 3 nəfər və qadınlar arasında 1 nəfər əsasən müəyən edilir.

V.Yarışın proqramı

28 sentyabr – komandaların yarış yerinə gəlməsi və yerləşdirməsi, komandaların qeydiyatdan keçməsi.

29 sentyabr – komanda nümayəndələri ilə hakimlər heyyətinin iclası, püşk atma və səmti müəyyən etmə üzrə uzun məsafəyə yarışması.

30 sentyabr – 3 kişi və 1 qadın arasında qısa məsafəyə yarışması.

01oktyabr – yarışın yekünü, mükafatlanma və komandaların yola salınması.

VI.Mükafatlanma

         Yarışda ümumi komanda hesabında qalib gəlmiş komanda üzvüləri Nazirliyin kuboku, diploma, qiymətli hədiyyələri və ya nəğd pulla mükafatlanırlar, şəxsi yarışda kişilər və qadınlar arasında birinci yer tutmuş idmançılar qiymətli hədiyyə və medalarla mükafatlandırılır. Yarışda II – III ümumi komanda yerləri tutmuş komandalar Nazirliyin müvafig diplomları ilə təltif olunurlar, şəxsi yerləri tutmuş idmançılar diplom və medalarla təltif olunurlar.

VII.Maliyyə xərcləri

         Hakimlərin nəqliyyət, ezamiyyət, iş, yatmaq, yemək və qaliblərin mükafatlanma xərcləri Azərbaycan Respublika Gənclər və İdman Nazirliyin hesabınadır. Çempionatda iştirak edəcək komandaların ezamiyyət xərcləri ezam edən təşkilatın hesabınadır.

VIII.Sifarişlərin qəbulu

         Yarışda iştirak etmək üçün təsdiq sentyabırın 20 – nə kimi Gənclər və İdman Nazirliyinə göndərilir. Sifarişlər yarış yerində 28 sentyabr saat 18.00 qəbul olunur.İdmançılar həkim müayinəsindən keçməlidilər.Müayinədən keçən təşkilatın möhürü və həkimin imzası sifarişdə öz əksini tapmalıdır.

Əsasnamə yarışa gəlmək üçün əsasdır.

Tel: (012) 465 65 03

 

ƏLAVƏ: Sifarişin nümunəsi


Təşkilatın adı

___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

SİFARİŞ

                                                                                                              Tarix: "____” ______________ 2012-ci il

Soyadı, adı

Təvəllüdü

Təşkilatın adı

İdman dərəcəsi

Həkim icazəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Təşkilatın rəhbəri  ____________________________________________ möhür

Komandanın nümayəndisi ______________________________________ möhür

Komandanın məşqçisi __________________________________________möhür

Həkimin imzası _______________________________________________möhür

 

SMEİF