Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Sağlam ol və yarat

 

      İyun ayının 14-ü Tofiq Bəhramov adına Respublika stadionunda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Sağlam ol və YARAT!” adlı  qaçış yarışı təşkil edilmişdir. Əsas məqsəd Azərbaycan gəncliyində sağlam həyat tərzi təşviq etmək olan bu yarışda 350-dən çox həvəskar idmançı iştirak etmişdir.

 

      Bir kilometr üzrə keçirilmiş yarışda AR SMEİF-in üzvü Faiq Bağırov qalib olmuşdur. Səmti müəyyən etmə idman növü üzrə milli komandanın üzvü Süleyman Əliyev isə ikinci olmuşdur.

 

      Qalibləri təbrik edirik.

 

SMEİF