Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Xüsusi Dövlət Mühafizə Xidmətinin yarışına yekun vuruldu

      Səmti müəyyən etmə idman növü üzrə Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə, hissə və bölmələri arasında keçirilən yarışa yekun vuruldu. İlk öncə AR SMEİF prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü Aleksandr Mişenko və yarışın baş hakimi Xəyyam Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar. Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə yarışa start verilmişdir.

 

      Şəxsi və komanda üzrə keçirilən yarışa hər birində 3 idmançı olmaqla 6 komanda qatılmışdır. Gərgin keçən mübarizədə  şəxsi hesabda Qənbərov Ədail (OM II şöbə) 3.1 km məsafə üzrə verilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən bir saniyə geri qalan Hüseynov Asif (İNQBKTİ) ikinci, Kazımlı Orxan (İNQBKTİ) isə üçüncü olmuşdur.

 

      Komanda üzrə nəticədə İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsi kuboka sahib olmuşdur. Xüsusi Təyinatlı Dəstə “Alfa” komandası gümüş medallara sahib olmuşdur. Üçüncü yeri isə Milli Qvardiyanın komandası tutmuşdur.

 

      Sonda qalib və mükafatçılara diplom və qiymətli hədiyyələr təqdim edilmişdir. 

 

SMEİF