Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

İdman xəritəsi

Səmti müəyyən etmə yarışmasını xəritəsiz keçirmək mümkün deyil. Səmti hər hansı xəritə  ilə müəyyən etmək mümkün olmasına baxmayaraq səmtləşmə üçün hazırlanmış xüsusi müasir xəritəni istifadə etmək daha əyləncəlidir. 

Onlar dəqiq, obyektiv və informasiyalıdırlar və onlar qaçış zamanı oxumaq üçün asandırlar. Son 50 il ərzində səmti  müəyyən etmək üçün xəritələr idmançılara daha rahat forma alaraq daim dəyişirdilər. 

1940-cı ildə Skandinaviya ölkələrində adətən ağ-qara və hər hansı konturu olmayan 1:100 000 miqyaslı (yerdə 1 km xəritədə 1 sm bərabərdir) xəritələr istifadə olunurdu.

Hal hazırda demək olar ki, bütün müsabiqələr kontur intervalı 2,5m və ya 5m və 1:10000 və ya 1:15000 (yerdə 100 m və ya müvafiq 150 m xəritədə 1 sm) miqyası ilə beş rəngli xəritələr istifadə olunaraq keçirilir.

Həmçinin, bəzən 10 metr kontur fasiləli xəritələrə rast gəlmək olar.

 Səmti müəyyən etmək üçün xəritələrdə şimal istiqamətini göstərən xətlər qeyd olunub. Onlar mavi rənglə və yerdə 250 və ya 500 metr (xəritədə 2,5sm və ya 5sm) məsafə ilə təsvir olunur.

Bu xətlər kompasdan istifadə edərək azimutla hərəkəti xeyli asanlaşdırır. Obyektlərin təsvir olunması üçün xəritədə xüsusi şərti işarələr işlənilir və bu işarələri vurma cədvəli kimi əzbərləmək lazımdır.




Səmti müəyyən etmənin məsafəsi


Səmti müəyyən etmənin idman müsabiqələrində olan məsəfə startdan, xüsusi qaydada müəyyən vaxt ərzində keçmək lazım olan nəzarət məntəqələrindən və finişdən ibarətdir. 

Adətən, idmançı startdan öncə nə xəritə, nə də ki, onun üzərində əks olunan məsafəni görmür. 

Adətən, müsabiqələr bir neçə yaş qruplarında aparılır və düşünülməmiş qaçış və ya öz başına NM axtarışı olmaması üçün dispersiya elementləri istifadə edən mürəkkəbliyi, səviyyəsi müxtəlif olan məsafələrdə (yollarda) keçirilir.

Qarşınızda səmtləşmə yolunun bir parçası göstərilir. Onun üzərində üçbucaqla start və ətraflarında bir-birinə bağlı qeyd məntəqələri göstərilir. Üçbucaq "səmtləşmənin başlanğıcını" göstərir. 

Əksər hallarda startdan bu yerədək xüsusi qeydlərlə keçmək lazımdır. 

Qeydin sonunda K məntəqəsi olacaqdır ki, səmti müəyyən etməni bu məntəqədən başlamaq lazımdır. K məntəqəsində heç bir işarə etmək lazım deyil, çünki onun üzərində komposter (yumruk) bərkidilmir və heç bir elektron qeydi olmur. Əvvəl startdan məntəqə nömrə 1 sonra məntəqə nömrə 2-dən başlamaq lazımdır və bu yolla finişə çatmaq lazımdır. Bəzən xəritədə sıra nömrəsinin yanında NM-nin nömrəsi yazılmış olur. Lakin, çox zaman xəritədə yalnız sıra nömrəsi yazılır və bu məntəqənin faktiki nömrəsi də xəritədə ayrı bir künc həkk olan əfsanədə  göstərilir. Bu nömrə sizə özünüzün yaxud özgəsinin NM-nə rast gəlməyinizi dəqiqləşdirməyə yardım edir. Əfsanə NM-nin mərkəzində nəyin olacağını dəqiqliklə izah edir.

Bizim misalda əfsanə (legenda) təxminən aşağıdakı kimi olacaqdır:


NM sıra nömrəsi-1

NM faktiki nömrəsi- 31

yarğan

NM sıra nömrəsi -2

NM faktiki nömrəsi - 32

yarğan

NM sıra nömrəsi -3

NM faktiki nömrəsi - 33

çökək

 

Əfsanə bunları müəyyənləşdirir:

nazarət məntəqələrinin sayı

. hər məntəqənin nömrəsini (adətən iki rəqəmli nömrəsi)

. məntəqənin mövcud olduğu yerin təsviri

 

 

SMEİF