Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə yarış təşkil olundu

 

          May ayının 11-i “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə  dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil edilmişdir. Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşəbbüsü ilə təşkil edilmiş yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250000 nəfərdən çox idmançının start etməsilə yeni dünya rekordunun müəyyən edilməsi və eləcə də bu idman növünün gələcəkdə Olimpiya Oyunları sırasına daxil olmağı hədəflədiyini göstərilməsi idi.

 

 

       “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə dəstək məqsədilə Velopark ərazisində yarış təşkil etmişdir. 4 kateqoriya üzrə 150-dən çox idmançının qatıldığı yarışda idmançılar müəyyən edilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparmışlar.

 

 

       Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi və Bakı Media Mərkəzinin təşkilati dəstəyi ilə təşkil edilmiş yarışda qalib gəlmiş idmançılara diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

 

 

 

 

 

 

 

 

SMEİF