Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Federasiya prezidentlərinin konfransı keçirilib

    

      Finlandiyanın Vuokatti şəhərində keçirilən yarış ərəfəsində federasiya prezidentlərinin konfransı keçirilib. Tədbirdə Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (İOF-un) prezidenti Brayn Porteos ilə yanaşı digər rəsmilər də iştirak ediblər. Porteos çıxış edərək gələcək planlar barədə və eləcə də bu idman növünün gələcəkdə Olimpiya oyunlarına qatılmaq perspektivlərindən danışıb. Daha sonra İOF-a prezident seçimlərinin 2 ildən bir yox 4 ildən bir keçirilməsi barədə müzakirələr aparılıb.

     

      Konfrans zamanı Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək ölkəmizdə keçirilən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxlaq Açıq Kubok yarışına dəstək olduqlarına görə Brayn Porteosa öz dərin minnətdarlığını bildirib. Federasiya prezidenti Azərbaycanda bütün sahələrə olduğu kimi idmana da dövlət başçısı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının olduğunu qeyd edib. Sonda Mirəli Kazımov Azərbaycan səmti müəyyən etmə idmanının da  yaxın gələcəkdə ölkədən kənar yarışlarda uğur qazanacağını diqqətə çatdırıb.  foto arxiv

 

SMEİF