Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

"Winter O Cup" turnirindən iki medal

Yanvar ayının 26-30-u tarixlərində Türkiyənin İstanbul şəhərində səmti müəyyənetmə idman növü üzrə "Winter O Cup" adlı turnir təşkil edilmişdir. Ölkəmizi bu yarışda W35 kateqoriyasında Rəna Abaszadə və M40 kateqoriyasında Xəyyam Məmmədov təmsil etmişdir.

Rusiya, Belarus, Moldova, Bolqarıstan, Ukrayna kimi ölkələrin də idmançılarının qatıldığı yarış idmançılarımız üçün uğurlu olmuşdur. Belə ki, uzun, orta və sprint üzrə təşkil edilmiş yarışların ümumi nəticəsinə görə Rəna Abaszadə öz kateqoriyasında 2-ci yeri tutaraq ölkəmizə gümüş, Xəyyam Məmmədov isə öz kateqoriyasında 3-cü yeri tutaraq ölkəmizə bürünc medallar qazandırmışlar.

"Winter O Cup" turnirində uğurlu çıxış etmiş idmançılarımızı ürəkdən təbrik edirik.

Məlumat üçün nəzərinizə çatdıraq ki, idmançılarımız Rəna Abaszadə və Xəyyam Məmmədovla yanaşı milli komandanın üzvləri Süleyman Əliyev, Nataliya Şiyanova, Vladislav Tuzov və Sevda Verdiyeva fevral ayının 1-4-ü tarixlərində qardaş ölkədə təşkil ediləcək “Antalya O Days” beynəlxalq turnirinə də qatılaraq medallar uğrundu mübarizə aparacaqlar.

 

SMEİF