Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Ağıl, sürət, cəsarət

 

      Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən "Ağıl, sürət, cəsarət" adlı video çarx təqdim olunmuşdur. Belə ki, çarxın çəkilməsində əsas məqsəd səmti müəyyənetmə idman növünün Azərbaycanda daha da tanınmasına istiqamətlənmişdir.

 

      Çarxda bu idman növünə aid olan bacarıqlar: xəritəni oxumaq, kompasdan düzgün istifadə etmək, çətinlikdən qorxmamaq, tez bir zamanda qərar qəbul etməyi əks etdirilmişdir. Məhz bu bacarıqları özündə əks etdirməsi səmti müəyyənetmənin hərbi yönümlü idman növü olmasını göstərir. Ölkəmizin müharibə şəraitində olmasını nəzərə alsaq gənclərin bu idman növü ilə məşqul olması vacibdir. 

 

Məlumat üçün bildirək ki, video çarxın rejissoru federasiyanın baş katibi Zaur Seyidovdur.

    

 Həmin video çarxı bu linkdə izləyə bilərsiniz.

 

SMEİF