Azərbaycanlı idmançılar üçün Ukraynada təlim
2017-ci ilin iyun ayında Ukraynanın Çerniqov Dövlət Texniki Universitetinin bazasında (Çerniqov şəhəri, Kiyevdən 120 km məsafədə) səmti müəyyənetmə və idman turizmi ilə məşğul olan Azərbaycanlı gənclər üçün gənclər-idman düşərgəsi təşkil olunacaqdır.
Müddəti 2 həftə nəzərdə tutulan düşərgəyə 16 yaşdan yuxarı Azərbaycanlı gənclər dəvət olunur. Azərbaycandan qatılacaq iştirakçıların sayı 15-dən 26 nəfərə qədər ola bilər.
İştirakçılar üçün Çerniqov şəhərindən kənarda yarı-meşə şəraitində universitet bazasında yaşayış, çöl şəraitində isə tonqalda yemək hazırlanması nəzərdə tutulub.
Onu da qeyd edək ki, səmti müəyyənetmə təlim-məşqlərindən əlavə olaraq Çerniqov Universitetinin ukraynalı tələbələri ilə birlikdə əyləncəli tədbirlərin təşkil olunması gözlənilir.
Qatılmaq istəyənlər üçün əlaqə nömrəsi: 0507504724