Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

SSRİ idman ustası ilə görüş keçirilib

 

      Noyabr ayının 27-si Səmti Müəyyənetmə Federasiyasının baş ofisində Federasiya prezidentinin də iştirakı ilə 6 qat SSRİ çempionu, Rusiya Roqein İdman Federasiyasının (Russian Rogaining Federation) prezidenti Simakin Sergey Mixayloviç ilə görüş keçirildi.

 

      Görüş zamanı səmimi həmsöhbət olan SSRİ səmti müəyyənetməsinin canlı ensiklopediyası olan Simakin əvvəlcə öz xatirələrini bölüşdü. Daha sonra öz iş və Federasiyadakı fəaliyyəti ilə yanaşı səmti müəyyənetmə idman növləri sırasına daxil olan Rogein idmanı haqqında söhbət açdı.

 

      İdman ustası olan Simakin hələ səmti müəyyənetməyə yeni-yeni başlarkən artıq özünü bu idman növü üzrə xəritələrin çəkilməsi sahəsində sınamış və müvəffəqiyyətlə öhdəsindən gəldiyi üçün daha sonra bu işlə peşəkarcasına məşğul olmağa başlamışdır.

 

      Finlandiya, İspaniya, Bolqarısatan, İsrail, Ukrayna və başqa ölkələrdə sayını unutduğu qədər xəritələr çəkən mütəxəssis söhbət zamanı özünün xəritəçəkmə təcrübələri barədə də fikir mübadiləsi etdi. İspaniyanın Kataloniya vilayətinin ensiklopediyasına adı düşmüş Simakin ölkəmiz haqqında təəssuratlarını da bölüşdü.

 

     Sonda onu da qeyd edək ki, yaxın gündə onunla etdiyimiz geniş müsahibəmizi də sizə təqdim edəcəyik.

 

SMEİF