Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Nabranda təlim-məşq toplanışı keçiriləcək


      AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Azərbaycan SME idmanı üzrə milli yığmaya namizəd idmançılar üçün seçmə məşqləri keçirməyi planlaşdırır. Məşqlər Ukraynalı mütəxəssis, beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç tərəfindən keçiriləcəkdir. İlk məşqlər 25-26 yanvar tarixlərində Nabranda (Yalama k. Xəritələri üzərində) keçiriləcəkdir. O cümlədən, elektron qeydolunma sisteminin tətbiqi ilə orta və qısa məsəfələr üzrə qaçışlar da təşkil olunacaqdır.

      Səmti müəyyən etmənin kütləvi idman növü kimi inkişafına təsir etmək məqsədilə qeyd olunan məşqlərə qatılmaq istəyənlər, qeyd olunan vaxtda start yerinə gəlmiş hər kəs qoşula bilər.

      

      Həmçinin, bazar günü, 26 yanvar tarixində kişi və qadın kateqoriyalarında ən yaxşı nəticə göstərmiş idmançılar yeni il hədiyyələri ilə təltif olunacaqdırlar.

      

      Startın təxmini yeri: "Xəzər" Turist bazası

      Startın vaxtı: 25 yanvar: 12:30;  26 yanvar: 10:30  

      Tel: (055) 6657520 / (051) 5148869

 

SMEİF