Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Təlim-məşq tipli yarış keçirilmişdir

 

      Gözlənildiyi kimi oktyabr ayının 11-i Siyəzən rayonu Qalaaltı kəndinə yaxın Şabran meşə zolağında səmti müəyyənetmə idman növü üzrə təlim-məşq tipli yarış baş tutdu. Təşkilati baxımdan ölkə çempionatından heç də fərqlənməyən təlim-məşq toplantısına Ukrayna və Serbiya ölkələrinin Azərbaycandakı səlahiyyətli səfirləri, Latviyalı Delins ailəsi də daxil, ölkəmizin 30-dan çox müəssisə, təşkilat, ali təhsil müəssisələri və digər qurumlardan 100-ə yaxın idmançı qatılmışdır.

 

      Bu idman növü üzrə ilk dəfə təlimə qatılan iştirakçılara səmti müəyyən etmə idman növü üzrə milli komandanın üzvləri Şəhriyar İsmayılov və Süleyman Əliyev tərəfindən müvafiq nəzəri və praktiki təlimlər keçirildi.

 

      Təlimdən sonra “Elit” və “Open” kateqoriyaları üzrə elektron qeydolunma sisteminin tətbiqi ilə mübarizəyə start verildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda “Elit K21” kateqoriyası üzrə Latviyalı idmançı Delins Kaspars 4,0 km məsafə üzrə yerləşdirilmiş 13 NM-də qeyd olunaraq finiş xəttinə birinci çatmışdır. Həmin kateqoriya üzrə Dağçılıq İdman Klubunun idmançıları Telegin Sergey və Lətifov Lətif müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. “Elit Q21” kateqoriyasında isə Nataliya Əliyeva (Neftçi İB) bütün rəqiblərini qabaqlayaraq 3,0 km məsafədə yerləşdirilmiş 10 NM-də qeyd olunaraq finiş xəttinə birinci, Bobkina Elina ikinci, Şiyanova Nataliya (hər ikisi DİK) isə üçüncü çatmışdır.

 

      Bu idman növü üzrə təlimə yeni qatılmış idmançılar üçün müəyyən edilmiş “Open” kateqoriyasında  isə kişilər arasında Məmmədov Sadiq (Gilavar Club)  ən tez zamanda səmti müəyyən edib 2,2 km məsafədə yerləşdirilmiş 7 NM-də qeyd olunaraq yarışı birinci tamamlamışdır. Dövlət İdarəçilik Akademiyasının tələbəsi  İbrahimov Ramil ikinci yer ilə, Məmmədov Rəşid (Climb Club)  isə üçüncü yer ilə kifayətlənmişdir. Bu kateqoriya üzrə qadınlar arasında Balakişiyeva Məxluqə (Bakı Azimutu) müəyyən edilmiş 2,0 km məsafə üzrə (7 NM) bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatmışdır. Məhərrəmova Könül (MXETİ)  və Musayeva Zarina (Climb Club) səmti müəyyən edərək müvafiq olaraq ikinci və üçüncü yerlər ilə kifayətlənmişlər.

 

      Təlim sonunda məşq toplantısında fərqlənən iştirakçılara federasiyanın sertifikatları təqdim olunmuşdur. Eləcə də təlim məşq toplantısında iştirakçılar arasında ən gənc idmançılara, Latviyalı Delins Bruno və Delins Annaya “Ən gənc iştirakçı” diplomu təqdim edildi.

 

NƏTİCƏLƏR

FOTO ARXİV

 

SMEİF