Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Qalaltıda təlim-məşq keçiriləcəkdir

 

      Oktyabr ayının 11-i Şabran rayonunun Qalaltı adlanan ərazisinin meşə zolağında federasiyanın təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə təlim-məşq toplantısı həyata keçiriləcəkdir. Kişi və qadın kateqoriyaları üzrə keçiriləcək məşqdə elektron qeydolunma sisteminin tətbiqi nəzərdə tutulmuşdur.

 

      Məhz təlim-məşqin elektron qeydolunma sisteminin tətbiqi ilə həyata keçirilməsi nəzərdə tutulduğu üçün iştirak edəcək şəxslərdən iştirak barədə federasiyanın elektron qutusuna (azeorienteering@mail.ru) müvafiq sifariş formasını dolduraraq oktyabr ayının 9-dan gec olmayaraq göndərilməsini Sizdən xahiş edirik.

 

      Məşqin start vaxtı və gediş-gəliş üçün nəqliyyat barədə qarşıdakı günlərdə facebook səhifəmizdə məlumat veriləcəkdir.

 

      Hər kəsi təlim-məşqdə iştirak etmək üçün dəvət edirik (əlaqə tel.: 0556657520). 

   

SİFARİŞ FORMASI

 

 

 

 

 

 

SMEİF