Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Səmti Müəyyən Etmə İdman Federasiyası öz əsas vəzifələri kimi aşağıdakıları müəyyən edir:

Ümumi müddəalar

- "Səmti müəyyən etmə” Milli idman Federasiyasını beynəlxalq standartlar əsasında yaradılması;

- Federasiyanın fəaliyyətinin Azərbaycan Respublikasında «Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı»nın müddəalarına uyğun tərtib edilməsi;

- Respublikanın şəhər və rayonlarında Səmti müəyyən etmə idman növü ilə məşğul olmaq üçün mövcud maddi-texniki bazanın yaradılması və beynəlxalq standartlara uyğunlaşdırılması;

- yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda respublikamızı şərəflə təmsil etməsi üçün lazımi şəraitin yaradılması;

- Federasiyanın inkişafının elmi əsaslar üzərində qurulması;

- idmançıların sosial müdafiəsi və digər məsələlərin həlli ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;

- yüksək dərəcəli idmançıların beynəlxalq yarışlara hazırlığı və iştirakının təmin edilməsi;

- "Səmti müəyyən etmə” idman növü üzrə Peşəkar idman klublarının yaradılması və fəaliyyətinin səmərəsinin yüksəldilməsi ;

- beynəlxalq yarışlarda idmançıların yüksək nəticələr əldə etməsi üçün tədbirlər görülməsi ;


Maddi-texniki bazanın möhkəmləndirilməsi

- "Səmti müəyyən etmə” idman növü üzrə bazanın yaradılması, inkişafı, müasir avadanlıqlarla təchizatı və beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi

- "Səmti müəyyən etmə” idman növü üzrə bazalarının torpaq sahələri, enerji daşıyıcılarından istifadəsi üçün güzəştlərin müəyyən edilməsi


Təminatlar

- "Səmti müəyyən etmə” idman növü ilə bağlı təhlükəsizlik qaydalarının və sanitariya-gigiyena normalarının hazırlanması ;

- mütəşəkkil formada "Səmti müəyyən etmə” idman növü ilə məşğul olarkən sağlamlığına ziyan dəymiş vətəndaşlara tibbi, sosial və peşə reabilitasiyası üzrə xidmət növlərinin təşkil edilməsi ;

- "Səmti müəyyən etmə” idman növü üzrə məşqçilərin, idmançıların və hakimlərin sağlamlığına dəymiş ziyana görə məsuliyyət növlərinin müəyyənləşdirilməsi, optimal müqavilə şərtlərinin hazırlanması və tətbiq edilməsi ;

- yüksək dərəcəli idmançıların sığorta təminatının həll edilməsi ;

- idman sahəsində xidmətlərə və nailiyyətlərə görə idmançıların və onları hazırlayanların sosial müdafiəsinin təmin edilməsi ;

- milli yığma komandanın inzibati işçilərinin, məşqçilər heyətinin, tibbi və texniki personalının və idmançılarının aylıq əməkhaqqı, müavinətlər, təqaüdlər və digər  ödənişlərlə təmin edilməsi.


Həvəsləndirmə tədbirləri

- Respublika Vahid idman Təsnifatına əsasən Federasiyanın idmançılarına idman dərəcələri vermək və daha yüksək dərəcələrin verilməsinə təqdim etmək;

- idmançı, hakim və məşqçiləri idman tədbirləri ilə bağlı müxtəlif ölkələrə ezam etmək;

- yüksək nailiyyətlər qazanmış və nəticələrə nail olmuş idmançıları təltif etmək və daha yüksək səviyyədə mükafatlandırmaya təqdim etmək.


Beynəlxalq əməkdaşlıq

- "Səmti müəyyən etmə” idman növü beynəlxalq idman qurumlarında tanınmış və qəbul edilmiş idman növlərindən biri olduğunu nəzərə alaraq, dünya və region dövlətləri "Səmti müəyyən etmə” Federasiyaları arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması və genişləndirilməsi;

- beynəlxalq əlaqələrin yaradılması məqsədi ilə dünya dövlətləri ilə "Səmti müəyyən etmə” federasiyaları ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin bağlanması, proqramların hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;

- "Səmti müəyyən etmə” idman növünə dair elmi-texniki nailiyyətlər ilə tanışlıq keçirilməsi, yeni avadanlıq növlərinin tətbiqi məqsədilə Federasiyalar arasında informasiya mübadiləsinin yaradılması.


Yarışların keçirilməsi

- "Səmti müəyyən etmə” idman növü üzrə yarışların keçirilməsi qaydalarının müəyyənləşdirilməsi;

- "Səmti müəyyən etmə” idman növünün inkişafı üçün tələb olunan maddi-texniki bazanın yaradılması;

- Federasiyanın iş planına uyğun olaraq tədbirlər, idman yarışları, kompleks spartakiadaları keçirilməsi;

- «Vətənin müdafiəsinə hazıram» çoxnövçülük kompleksinin tədris proqramlarına "Səmti müəyyən etmə” idman növünün daxil olunması imkanlarının öyrənilməsi, «Marş irəli», «Şahin» və s. hərbi idman oyunlarının keçirilməsində "Səmti müəyyən etmə” müsabiqəsinin daxil edilməsi;

- sərəncamına verilmiş əmlakdan (inzibati bina,  idman qurğuları, texniki vəsait, idman avadanlığı, ləvazimatı və s.) Federasiyanın tələbatına uyğun istifadə etmək;


Təlim məsələləri

- "Səmti müəyyən etmə” idman növü ilə məşğul olmaq üçün tədrisin və praktiki dərslərinin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsi;

- elmi-metodiki təminatın əsas məqsədi müasir elmi nailiyyətlər və qabaqcıl təcrübə əsasında yüksək dərəcəli idmançıların hazırlıq sisteminin yaradılması;

- ixtisaslı mütəxəssislərin hazırlanması və onların işlə təmin edilməsi prosesinin keyfiyyətinin yüksəldilməsi;

- "Səmti müəyyən etmə” idman növü üzrə mütəxəssislərin sayı və yenilərinin hazırlanması üzrə proqramın hazırlanması;

- idmançıların təlim-məşq prosesinin aparılmasına, onların hazırlığına nəzarət və sağlamlıqlarının məşqlər vasitəsilə möhkəmləndirilmısi;

- yüksək idman formasında olmağı sağlam həyat tərzi kimi idmançıların və üzvlərin gündəlik həyatına daxil edilməsi;

- Federasiyanın fəaliyyətində elmi-metodiki tövsiyələrdən və qabaqcıl iş təcrübəsindən istifadə etmək, seminar-məşğələlər, baxış - müsabiqələr və digər belə tədbirlərin təşkil edilməsi;

- "Səmti müəyyən etmə” idman növləri üzrə «İdman ustası» normasını yerinə yetirmiş və xüsusi məşqçilik kursu keçmiş şəxslərin məşqçilik fəaliyyəti üçün normativ sənədlərin təsdiq olunması;


Milli yığma komanda

- milli yığma komandanın beynəlxalq standartlar və normalara uyğun olan təlim-idman qurğusu əsasında formalaşdırılması;

- milli yığma komandanı "Səmti müəyyən etmə” idman növü üçün tələb olunan avadanlıq, ləvazimat, texniki vəsaitlər, o cümlədən xüsusi idman geyimlərin milli rəmzlər üslubunda dizaynın təşkili;


Maliyyələşdirilmə

- maliyyə fəaliyyəti təsdiq edilmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir;

- xərclər smetasına uyğun olaraq yığma komandaya maliyyə vəsaitinin ayrılması;

- milli yığma üçün komandanın illik hazırlıq planına əsasən illik smeta xərclərinin hazırlanması və təsdiqi, habelə mükafat fondlarının yaradılması (mükafat meyarlarının müəyyən edilməsi).


Praktiki işlərin təşkili 

- Respublikamızın vətəndaşlarının sağlam həyat tərzinin təmin olunması məqsədilə "Səmti müəyyən etmə” idman növü ilə məşğul olması üçün şəraitin yaradılması;

- "Səmti müəyyən etmə” idman növünün inkişafı ilə bağlı təbliğat işinin təşkili, plakatların hazırlanması, mərkəzləşdirilmiş informasiya sisteminin yaradılması;

- Federasiyanın emblemini, simvol və atributlarını reklam etmək;  

- aidiyyəti sahə üzrə təhsil alanların, üzvlərin "Səmti müəyyən etmə” idman növü, habelə idman turizmi ilə məşğul olmalarının təşkili; 

- əhaliyə kütləvi şəkildə "Səmti müəyyən etmə” idman növü üzrə müxtəlif idman xidmətlərin göstərilməsi; 

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyətin göstərilməsi;

- idmançıların və üzvlərinin müxtəlif yarışlarda iştirakını və uğurlar qazanmasını təmin etmək;

- "Səmti müəyyən etmə” idman növü ilə məşğul olanların respublika Vahid idman təsnifatının tələblərinə uyğun olaraq idman dərəcələri üzrə normativlərin yerinə yetirilməsi istiqamətində işin qurulması;

- Respublika idman Federasiyaları ilə əlaqə saxlamaq, beynəlxalq idman əlaqələrini təşkil etmək;

- Federasiyanın maddi-texniki bazasını və maliyyə təminatını möhkəmləndirmək məqsədi ilə kommersiya fəaliyyəti göstərmək; 

- əhaliyə ödənişli idman xidmətləri göstərmək.


İdmançılarln hazırlığı məsələləri

- yüksək dərəcəli idmançıların hazırlıq sisteminin elmi-metodiki əsasının hazırlanması;

- çoxillik hazırlıq prosesində milli yığma komandalara namizədlərin seçilməsi və inkişaf dinamikası proqnozunun ölçü vahidlərinin elmi əsaslandırılması;

- hazırlığın müxtəlif mərhələlərində idman istedadlarının müəyyən edilməsi və seçilməsi metodlarının sistemləşdirilməsi;

- idmançıların yaş xüsusiyyətlərini nəzərə almaqla, milli komandalara  seçmənin təşkilati  metodiki əsaslarının hazırlanması;

- idman nailiyyətlərinin proqnozlaşdırılmasının elmi-metodiki əsaslarının işlənməsi.


Məşq prosesinin təşkili

- yüksək dərəcəli idmançıların məşq prosesinin fərdiləşdirilməsinin  əsaslandırılması və metodologiyasının hazırlanması;

- məşq prosesinin idarə olunmasının elmi əsaslandırılması;

- məşq prosesinin bütün mərhələlərinin məzmunu, quruluşu, metod və vasitələri, planlaşdırılmasının elmi əsasları;

- hərbi qulluq zamanı yüksək dərəcəli idmançıların normal məşq etməsi üçün şərait yaradılması və onların beynəlxalq yarışlarda iştirakının təmin olunması;

- gərgin təlim-məşq və yarış şəraitində yığma komanda üzvlərinin xüsusi hazırlığına kompleks nəzarət, alınan nəticələrin təhlili, düzəlişlərin edilməsi, idman hazırlığının inkişafı və təkmilləşdirilməsi;

- milli komandanın üzvlərinin yarış fəaliyyətinin modelləşdirilməsi;

- yüksək dərəcəli idmançıların işgörmə qabiliyyətinin bərpası və onun imkanlarının artırılmasının metod və vasitələrinin elmi əsasları;

- idmançıların iradi-mənəvi hazırlığının təkmilləşdirilməsi.



 

SMEİF