Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
             SMEİF-in idarə heyətinin növbəti iclası keçirilmişdir

      Dekabr ayının 28-də SMEİF-in idarə heyətinin növbəti iclası keçirilmişdir. Belə ki, iclasda yeni qaydaların qəbul edilməsi, kadr məsələləri və eləcə də növbəti ildə keçiriləcək tədbirlər ilə bağlı məsələlər müzakirə edilmişdir.

      Keçirilmiş iclasda qaydalarla bağlı yeni təkliflərə baxılmış və federasiya tərəfindən qaydalarla bağlı qərar qəbul edilmişdir. Həmin bu qaydaların hazırlanmasına görə federasiyanın üzvləri Ukrayna Respublikasının Azərbaycandakı səfiri cənab Aleksandr Mişenkoya və eləcə də bu işdə ona yardımçı olan Nizami Mursaqulova öz minnətdarlıqlarını bildirmişlər.


     Yeni qaydalar barəsində müzakirələrdən sonra iclasda növbəti ildə keçiriləcək tədbirlər və  kadr məslələri ilə bağlı müzakirələr aparılmışdır. Hidayət Mursaqulov və Oqtay Rzayevin kadr yerdəyişmələri barəsində təklifləri səsə qoyulmuş və həmin məsələlər ilə bağlı qərar qəbul edilmişdir. Öz növbəsində də gələcək tədbirlər barəsində çıxış edən Xəyyam Məmmədov digər məslələr ilə bağlı da öz fikirlərini bildirmişdir.

 

SMEİF