Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Səmti müəyyən etmə Azərbaycanda – "idman ili"nin yekunları və 2013-cü ilin inkişaf perspektivləri


      Bildiyiniz kimi, 2012-ci il Azərbaycanda rəsmi olaraq "idman ili” elan edilmişdir. Bu ilin idman ili kimi uğurlu keçdiyini cəsarətlə iddia edə bilərik. Səmti müəyyən etmə post – sovet Azərbaycan üçün nisbətən yeni idman növü olmasına baxmayaraq, bütün digər idman istiqamətlərinin inkişafından geri qalmır.

    

    24 dekabr 2012-ci il tarixində, Prezidentimizin ad günündə, "Buta Palace” konsert kompleksində "İlin yekunları” adlı rəsmi tədbir keçirilmişdir. Azərbaycanın idman ictimaiyyətinin bütün nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə ən yaxşı və müvəffəqiyyətli idmançıların və idman təşkilatlarının adları açıqlanmışdır. Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti ilk dəfə olaraq bu mərasimə dəvət olunması faktı qeyd olunan federasiyanın ötən ildə əldə etdiyi uğurları və inkişafı tendensiyasının idman ictimaiyyətinin nəzərinə çarpdığını təsdiq edir. Bundan əlavə, Səmti Müəyyən Etmə İdman Federasiyası Mirəli Kazımovun qismində 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş karate üzrə "Prezident Kuboku” adlı beynəlxalq turnirin keçirilməsində göstərilmiş diqqət və qayğıya görə fəxri fərmanla təltif olunmuşdur. İdman federasiyalarının üzərinə müəyyən öhdəlikləri qoyan idman inkişafı siyasəti uzlaşaraq inkişaf edir və müvafiq olaraq yekun nəticəyə müsbət təsir edir.


        2012-ci il həqiqətən də səmərəli keçmişdir. Hər kəsə aydındır ki, ötən il böyük ümidlər verən uğurlu bir startdır və yeni nailiyyətlər yaxın gələcəkdə özünü çox gözlətməyəcək.

  

      13 yanvar tarixində, köhnə yeni il ərəfəsində, Səmti Müəyyən Etmə İdman Federasiyasının Şurası, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə dostların, yoldaşların və bu idman növünü sevən hər kəsin görüşünü – gözəl bayram gecəsini təşkil etmişdir. Mərasim "Anatolia” hotelində baş tutmuşdur  və Federasiyanın yekun rəsmi tədbiri kimi yox həmçinin, hələ də coşğun səmti müəyyən edənlərin sıralarına daxil olmayanlar üçün tanışlıq və ünsiyyət qurmaq, dostlaşmaq və nəhayət ürəkdən əylənməyə imkan yaradan qeyri-rəsmi gecə kimi düşünülmüşdür.


      Gecədə təqdim olunmuş hədiyyələr "Baltika” şirkəti və "İnterbudmontaj” Ukrayna Tikinti Korporasiyası tərəfindən təmin edilmişdir.

            Tədbirdə aşağıdakı təşkilatlar iştirak etmişdir:

·         Milli Aviasiya Akademiyası;                                 ·         Vergilər Nazirliyi;                   ·         Fövqəladə Hallar Nazirliyi;

·         Az. Dövlət Bədən Tərbiyəsi və İdman Ak.;          ·         Milli Təhlükəsizlik Nazirliyi;     ·         Xüsusi Dövlət Mühafizə Xidməti;

·         Bakı Slavyan Universiteti;                                    ·         MüdafiəNazirliyi;                    ·         Dağçılıq İdman Klubu; 

·         Bakı Avropa Litseyi;                                            ·         Dövlət Sərhəd Xidməti;           ·         Azərbaycan Skautları;                  

·         Ukrayna Səfirliyi;                                                ·         Nəqliyyat Nazirliyi;                  ·         İdman Federasiyaları.

 

    Eləcə də, sovet vaxtı idman ictimaiyyətinin özülünü təşkil edən səmti müəyyən etmə idman veteranları.


    Tədbirin birinci hissəsi ötən ilin yekunlarına həsr edilmişdir. Federasiya Prezidenti görülmüş işlər barədə, əsas nailiyyətlər və uğurlar haqqında danışmışdır. Bu gün Federasiyanın tərkibinə 12 müxtəlif təşkilat daxildir. Səmti Müəyyən Etmə İdman Federasiyası isə öz növbəsində Beynəlxalq Federasiyanın üzvü oldu. Son zamanlar ərzində Federasiyanın uğurlu fəaliyyəti sayəsində səmti müəyyən etmə idmanı üzrə yarışların Azərbaycanın digər regionlarında da keçirilməsi üzrə "coğrafiyanın” müxtəlifləşdirilməsinə imkan yaradan doqquz yeni idman xəritəsi hazırlanmışdır. Xarici partnyorlarla cari ilin aprel ayının əvvəlində Respublikamızda səmti müəyyən etmə üzrə yarışların keçirilməsi üçün elektron qeyd olunma sisteminə dair avadanlıq komplektinin SMEİF üçün Azərbaycana gətirilməsi haqqında razılıq əldə olunmuşdur. Beləliklə, Azərbaycan səmti müəyyən etmə idmanı üzrə yarışların artıq bu ildən etibarən dünya təcrübəsinə uyğun standartlar üzrə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu kontekstdə səmti müəyyən etmə idmanının Azərbaycan Respublikasındakı inkişafında mühüm mərhələsi kimi Federasiya Şurasının bu idman üzrə yarışların ölkəmizdə dünya standartlarının tələblərinə müvafiq olaraq keçirilməsinə imkan yaradacaq, şəxsən özünün hüquqi-normativ bazasının hazırlanması, eləcə də idman adları və dərəcələrinin verilməsi üzrə apardığı işlərin qeyd olunması zəruridir.

   

    Yaxın zamanlarda Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris mərkəzinin əsasında səmti müəyyən edən idmançıların hazırlanması üzrə elmi-praktiki mərkəzin formalaşdırılmasına dair işlərin yekunlaşdırılması planlaşdırılır.


    Qonaqların diqqətinə keçirilmiş tədbir və çempionatlar haqqında video-film təqdim edilmişdir. Bu tədbirlər arasında ən parlağı kimi Açıq Respublika Çempionatı və Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kubokunu qeyd etmək olar. Yarışlar böyük uğurla keçən ilin payızında Xaçmaz rayonunda keçirilmişdir və bu yarışlarda iki yüzə yaxın idmançı iştirak etmişdir.


     Mirəli Kazımov tədbirdə olan hər kəsi Yeni il münasibətilə təbrik etmiş, iştiraka və Federasiyanın fəaliyyətinə ayrılmış diqqətə görə təşəkkür etmiş, Ukraynanın Azərbaycandakı Səfiri Aleksandr Mişenkonun, Vergilər Nazirliyinin və rəyasət heyətinin digər üzvlərinin dəyərli dəstəyini xüsusi olaraq qeyd etmişdir. Onların həmrəy işi olmadan bütün bu nailiyyətləri əldə etmək qeyri-mümkün olardı.


     Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlara yüngül qəlyanaltılar, isti və spirtli içkilər təklif olunmuş, bir çox müsabiqə və lotereya keçirilmiş, Musiqili Komediya Teatrının peşəkar artistləri Emil Heydərov və Marina Litvinenko tərəfindən isə canlı mahnılar ifa olunmuşdur.


      Darıxmağa imkan olmadı. Gənclər və veteranlar yanbayan rəqs edir, hədiyyələr uğrunda yarışır, gülərüz ofisiantlar isə kokteyl və kofe təqdim edirdilər. Gecədə olan (və Federasiyanın bütün tədbirlərində iştirak edən) səmti müəyyən edənlərin gənc nəsli, uşaqlar belə böyük həvəslə bütün rəqslər və müsabiqələrdə iştirak edirdi.


     Mətbuat nəşriyyatının nümayəndləri olan İnterfaks, Tac, Bakinskiy raboçiy, Vergi xəbərləri qəzeti və "Yol” jurnalının qonaqları bu gözəl hadisənin şahidləri oldular. Federasiya əsas məqsədlərdən olan bu idman növünün, eləcə də Azərbaycan səmti müəyyən etmənin beynəlxalq səviyyədə əldə etdiyi uğurların KİV vasitəsilə təbliğinin təmin olunmasına nail olmuşdur. Son il ərzində səmti müəyyən etmə idmanı haqqında yeniliklər nəinki ölkəmizdə yayımlanmış, həm də idmanın dünyadakı inkişafına dair xarici nəşrlərdə də dərc olunmuşdur. KİV-də olan dostlarımız sayəsində səmti müəyyən etmə idman növünün nəinki kütləviliyini, həm də sağlam millətin idmanı kimi onun gözəllik və üstünlükləri barədə təbliğat işini də təmin edə bilmişik.    


    Federasiyanın rəyasət heyətinin üzvləri bir çox müsahibə və söhbətlər zamanı gələn ilin idman proqramı haqqında danışdılar. Təqvim planına müvafiq olaraq, 2013-cü ildə Respublikada, o cümlədən təhsil müəssisələri, idman cəmiyyətləri, nazirlik və hərbi strukturlar arasında müxtəlif yarışlar keçiriləcəkdir. Onların arasında əlbəttə ki, ən mühümi kimi Açıq Respublika Çempionatı, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnir və Kubok yarışlarını hesab etmək olar. Xüsusilə də, 2013-cü ilin sentyabr ayında Ukraynanın Ujqorod şəhərində səmti müəyyən etmə idmanı üzrə ilk ümumittifaq yarışların SSRİ-də keçirilməsinin əlli illiyi qeyd olunacaq və Azərbaycan Respublikasının Səmti Müəyyən Etmə İdman Federasiyası bu miqyaslı tədbirdə iştirak etməyi planlaşdırır.


     Təşkilatçılar son dərəcə gözəl gecə hazırlamış, gecəni unudulmaz edən şən, təbii abu-hava yaratmışdır. Bu tədbir Mirəli Kazımov başda olmaqla, Federasiya Şurasının səmti müəyyən etmə idman növünün Azərbaycanda yeni keyfiyyətli səviyyəyə çatdırılması üçün mümkün olan hər şeyi həyata keçirtdiyini əyani surətdə göstərmişdir. Federasiya rəhbərliyinin bu kimi siyasəti səmti müəyyən etmə idman növünün ölkədə nəinki inkişaf etdirəcək, eləcə də fəal istirahət və aktiv həyat tərzini təbliğ edəcək, həm də şəxsi səviyyəsini artıracaq, beynəlxalq dərəcəyə çıxmaq və özü barədə beynəlxalq arenada bildirməyə kömək edəcək vahid dost birliyinin yaradılması üçün səmti müəyyən edənlərin idman sıralarına bir çox potensial yoldaş, dost və fanat cəlb etməyə imkan yaradacaq. Federasiyanın inkişaf tendensiyası və fəaliyyət səviyyəsini nəzərə alaraq cəsarətlə ümid edə bilərik ki, parlaq uğurlar özünü çöx gözlətməyəcək, səmti müəyyən etmə isə Azərbaycanda surətlə inkişaf edəcək. Axı bu təkcə idman növü deyil, səmti müəyyən etmə təbiət və dostlarla ünsiyyətdir, tamamilə fərqli, sağlam, cəlbedici, maraqlı həyat tərzidir! (foto arxiv)

 

Yana Maşkova, 

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə

İdman Federasiyasının mətbuat katibi

 

 

 

SMEİF