Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
  RƏHBƏRLİK       İDARƏ HEYƏTİ       STRATEJİ PLAN       İDMAN DƏRƏCƏLƏRİ        BSMEF


                                        Tarixi

    

    Səmti Müəyyən Etmə idman növü 1963-cü ildən Azərbaycanda inkişaf etdirilir. SSRİ məkanında Azərbaycan idmançıları SSRİ çempionatlarında, birinciliklərində və kubok yarışlarında iştirak ediblər.   Azərbaycan Müstəqilliyini əldə etdikdən sonra 1995-ci ildə Azərbaycanda Milli Federasiya yaradılıb. 1995-ci ildən bu idman növünün inkişafı üçün gənclər və böyüklər arasında  müntəzəm olaraq  respublika çempionatları və kubok yarışları keçirilib, yeni-yeni bölmələr təşkil olunub. Azərbaycanda Səmti Müəyyən Etmə idman növünün inkişaf etdirilməsi üçün hər bir şərait vardır. Respublikamız həm düzənlik, həm də dağ meşə zolağına malikdir.

 

    2010-cu ildə Azərbaycanda Federasiyanın yenidən konfransı keçirildi və yeni Nizamnamə qəbul olundu, yeni rəyasət heyəti və prezidenti seçildi. 31.05.2011-ci ildə Azərbaycan Ədliyyə Nazirliyində bir ictimai birlik kimi qeydiyyatdan keçdi və öz fəaliyyətini Nizamnamə əsasında qurmağa başladı.

 

    Azərbaycanda bu günə kimi daima bu idman növü ilə məşğul olanların sayı 120 nəfərə qədərdir. Federasiyanın təşəbbüsü ilə orta, ali təhsil ocaqlarında və digər idman cəmiyyətlərində, dövlət strukturlarında yeni qrupların təşkil olunması üçün işlər görülür.

 

    Azərbaycanda Ukrayna səfirinin təşəbbüsü ilə 2011-ci ildə Ukraynadan idman xəritələrinin hazırlanması üçün peşəkar mütəxəsis dəvət olundu və onun köməkliyi ilə Xaçmaz rayonunda Nabran meşə zolağının beynəlxalq standartlara uyğun idman xəritəsi hazırlandı ki, bu da Azərbaycanda Beynəlxalq yarışların keçirilməsinə imkan yaratdı.

 

    Səmti Müəyyən Etmə idman növü əsasən Respublika Alpinist-turist klubunun nəzdində fəaliyyət göstərir, klubun peşəkar təlimatçıları və məşqçiləri öz qabiliyyətlərini yeniyetmələrə və gənclərə öyrədirlər. Azərbaycanda onlarla Respublika çempionatları, birincilikləri və kubok yarışları keçirilib, 12 nəfər idman ustası, 27 nəfər idman ustasına namizəd, 35 nəfər isə birinci dərəcənin normativlərini yerinə yetiriblər. Səmti müəyyən etmə idman növü hərbi yönlü idman növüdür, hər il hərbçilər üçün yarışlar təşkil olunur və keçirilir. Dünya səviyyəsində, dünya və Avropa çempionatları, kuboku və birincilikləri keçirilir. Əfsuslar olsun ki, bu yarışlarda Azərbaycan idmançıları iştirak etmirlər. Səmti müəyyən etmə idman növü Olimpiya oyunlarının proqramına daxil olunması üçün namizəd növlərdən biridir. Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasına dünyanın 75 ölkəsinin federasiyası daxildir.

 

SMEİF