Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

         Səmti müəyyən etmə nədir?

Sizcə, sizin xoşunuza gələn və hər yaşda, ilin hər fəslində və istədiyiniz qədər məşğul ola biləcəyiniz bir idman növü varmı? Bəli, var. Bu, dünyada ən məhşur idman növlərindən biri olan, səmti müəyyən etmə idman növüdür. Onun əsas məqsədi bundan ibarətdir ki, qiblənüma və xəritə köməkliyi ilə təyin olunmuş ərazilərdə nəzarət məntəqələrini tapmaq və finiş nöqtəsinə daha tez çatmaqdır. NM xəritədə ləpir xətlər ilə birləşən dairələrlə əks etdirilib. Hər dairənin mərkəzində yoxlama məntəqəsi yerləçir. Məntəqələrin verilmiş ardıcıllığını dəyişmək olmaz. Hər nəzarət məntəqəsində ştamp və ya elektron işarəetmə ilə qeyd olunmaq lazımdır. Lakin sonrakı məntəqənin axtarışını hər kəs özünə rahat olan bir yol ilə təyin edir.  Və məhz məntəqəni özün seçmə və məntəqəyə özün çatma səmti müəyyən etmə idman növünün əsas şərtidir!


Peşəkar-idmançılar üçün yarışdan əlavə olaraq, səmti müəyyən etmə idman növü həm də aktiv istirahət üçün gözəl imkan yaradır. Səmti müəyyən etmə idman növü ilə yaşından, fiziki hazırlığından və idman ixtisasından asılı olmayaraq hər kəs məşğul ola bilər. O, nəinki əzələləri, həm də beyini hərəkətə gətirir və bu da, həyatsevərlik və gündəlik qayğılardan uzaq olmağımıza səbəb olur. Səmti müəyyən etmə idman növü topoqrafiya biliklərinə sahib olmaq, idman xəritəsini oxumaq və ərazini tapmaq, onları tutuşdurmaq və lazımi istiqaməti seçməyi öyrədir. O, idmaçılardan yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirilməsini və fiziki yorğunluğa baxmayaraq, düşünmə qabiliyyətini tələb edir. Səmti müəyyən edənlərdə diqqətçilik, dözümlülük, iradəlilik, çətin vəziyyətdə istiqamətlənmək və bir sıra xüsusiyyətlər əmələ gəlir.


Yerində səmti müəyyən etmə - idmançıları optimal istiqamət seçəndə, nəzarət məntəqələrinin axtarışında və tapmasında əqli fəaliyyətə yönəldən intellektual idman növüdür. Onu həm də " qaçışda şahmat” kimi də adlandırırlar.


Güman edirik ki, yuxarıda yazılanlar artıq sizin maraq dairənizə səbəb oldu və sizə də özünüzdə bunu kəşf etmək maraqlı olar. Bu idman növünə qoşulmaq üçün Səmti Müəyyən Etmə Federasiyasina müraciət etməniz yetərlidir.

 

SMEİF