Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Silk way of orienteering - Azerbaijan 

 

      Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyasının 2015-ci il üzrə idman tədbirləri planına müvafiq olaraq 5-6 may tarixlərində Azərbaycana beş ölkədən (İsveçrə, İsveç, ABŞ, Norveç, Finlandiya) 60 nəfərdən yuxarı səmti müəyyən edən idmançı təşrif buyurmuşdur. Qrupa həm peşəkar səmti müəyyən edən idmançılar, həm də bu idmanın veteranları da daxildir, hansılar ki, bu gün müxtəlif peşə sahibləridirlər, lakin onları bütün dünyada kütləvi istirahət günü idmanı olan səmti müəyyən etmə kimi bir məşğuliyyət birləşdirir. Yarış “Silk way of orienteering” beynəlxalq layihə çərçivəsində təşkil olunmuşdur. Bu proqrama əsasən sözügedən qrup öncə Gürcüstanda keçirilən qaçışlara qatılmışdır. Növbəti təyinat nöqtəsi isə Azərbaycan oldu. Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası yarış iştirakçıları üçün İçəri Şəhər (sprint – 3 km qədər) və Şabran rayonu, Qalaltıda (orta məsafə - 7.5 km qədər) qaçışlar təşkil etmişdir.

 

      Səmti müəyyən etmə idman növünün Azərbaycandakı inkişaf səviyyəsi dünya ictimaiyyəti tərəfindən ən yüksək müsbət qiymət almışdır. Ölkəmizdə səfərdə olan səmti müəyyən etmə üzrə çoxqat dünya birincisi və mükafatçısı Yorgen Martensson (Norveç) bildirmişdir ki, onun və həmkarları üçün Bakıya gəldikdə təəccüblü hal o olmuşdur ki, səmti müəyyən etmə idman növü Azərbaycanda çox qısa müddət ərzində sürətlə inkişaf etmiş və bununla belə dünyada bu idman üzrə mövcud bütün beynəlxalq qayda və standartlara cavab verir. Xüsusilə də, ən çox titullu səmti müəyyən edən idmançı çempion vurğulamışdır ki: “Biz, İsveç, Norveç, İsveçrə, Finlandiya və ABŞ-dan gəlmiş keçmiş və fəaliyyətdə olan idmançılar Azərbaycanlı həmkarlarımızla müxtəlif dillərdə danışırıq, lakin Azərbaycanda tam olaraq yerinə yetirilən səmti müəyyən etmə üzrə vahid beynəlxalq standarlar sayəsində bir birimizlə asanlıqla anlaşırıq”. İlk növbədə, bu səmti müəyyən etmənin əsas atributu olan – idman xəritəsinə aiddir. Son üç il ərzində Azərbaycanda beynəlxalq dərəcəli Ukraynalı xaritəçi-mütəxəssis Mixail Puqaç tərəfindən Azərbaycanın müxtəlif regionlarında 15 ədəd idman xəritəsi çəkilmişdir. Ən yeni, xüsusilə də “İçəri Şəhər” və “Şabran (Qalaltı)” xəritələri yuxarıda adıçəkilən xarici idmançıların qatıldığı yarışların poliqonu olmuşdur. Bu xəritələr bütün qaçış iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir. Məsafələrin nəzarəti üzrə texniki-kompüter təchizatı və ümumilikdə yarışın hakimliyi səmti müəyyən etmənin ikinci əsas tərkib hissəsdir. Federasiya şurasının həyata keçirdiyi işlər sayəsində Azərbaycanda yarışın hakimliyini müstəqil olaraq təmin edən milli mütəxəssislərdən ibarət bir qrup hazırlanmışdır. Həmin hakimlər kollegiyasının işi bu idman üzrə peşəkar olanların ən müsbət rəğbətini qazanmışdır.

 

      Bu səbəbdən Azərbaycan regionlarında beynəlxalq standartlara uyğun idman xəritələrinin hazırlanması, eləcə də milli kadrların yetişdirilməsi üzrə müsbət nəticələrin  olması yarışların beynəlxalq tələblərə uyğun olaraq keçirilməsi üçün zəmin yaradır. Xarici qonaqlarımızın fikrincə, bu fakt səmti müəyyən etmənin tez bir zamanda Azərbaycanda kütləvi idman növünə çevrilməsi və əhalinin geniş təbəqələrinin idman və təbiətə yaxın olması üçün imkan yaradacaq, gənc idmançılar üçün isə ən yüksək səviyyəli beynəlxalq yarışlara qatılmaq məqsədilə özünü hazırlamaq üçün şərait yaradacaqdır.

 

      Yuxarıda qeyd olunduğu kimi, yarış iki gün davam etmişdir. Yarışın birinci güçü İçəri Şəhərdə təşkil olunmuşdur. “A” kateqoriyası üzrə yarışan idmançılar 2.53 km məsafəni keçərək 14 nəzarət məntəqəsində qeyd olunmalı idilər, “B” kateqoriyasına aid iştirakçılar 1.76 km məsafədə 11 nəzarət məntəqəsin keçməli, “C” kateqoriyası isə 1.4 km məsafədə qaçaraq 10 nəzarət məntəqəsində qeyd olunmalı idilər. Yarışın ikinci günü Şabran rayonunun Qalaltı dağlıq meşə massivində keçmişdir. Yarış şərtlərinə əsasən, “A” kateqoriyasının idmançıları 7.28 km qaçıb 18 nəzarət məntəqəsində qeyd olunmalı idilər. “B” kateqoriyası üzrə mübarizə aparanların məsafəsi 4.21 km və 12 NM ibarət idi, “C” kateqoriyasına aid iştirakçıları isə 2.83 km məsafə və 11 NM gözləyirdi. Beləliklə, yarışın iki günü üzrə ümumi nəticəyə əsasən, “Silk way of orienteering: Azerbaijan” adlı səmti müəyyən etmə yarışının “A” kateqoriyası üzrə qalibi çoxqat dünya birincisi və mükafatçısı Yorgen Martensson (Norveç – 56 yaş) olmuş, ikinci yeri Ulrix Aeşilman (İsveçrə - 56 yaş), üçüncü yeri isə Yurq-Verner Vaşçli (İsveçrə - 53 yaş) tutmuşdurlar. “B-kişilər” kateqoriyasında yerlər bu cür bölüşdürülmüşdür: 1-ci yer Svein Yakobsen (Norveç – 64 yaş), 2-ci yer Are Eriksen (Norveç – 62 yaş), 3-cü yer Harri Laine (Finlandiya – 63 yaş). “B-qadınlar” kateqoriyasında birinci yerə İngeborq Qjennestad (Norveç – 56 yaş) layiq görülmüş, ikinci yeri Palvi Annila (Finlandiya – 55 yaş) tutmuş və İnger Qlans (İsveç – 66 yaş) üçüncü olmuşdur. “C-kişilər” kateqoriyasında Yuhani Yokinen (Finlandiya – 73 yaş) birinci yeri tutmuşdur, Oisten Asmul (Norveç – 70 yaş) ikinci yerə layiq görülmüş, 3-cü yeri isə Svein Solerod (Norveç – 77 yaş) qazanmışdır. “C-qadınlar” kateqoriyasında birinci Britt Forsell Pirozzi (İsveç – 70 yaş) olmuş, ikinci yeri Edit Şaffert Xyuber (İsveçrə - 70 yaş) tutmuş, üçüncü yerə isə Sidsel Sandelien (Norveç – 70 yaş) layiq görülmüşdür. Azərbaycanın milli idmançıları isə hakimlər kollegiyasındakı işi bitirdikdən sonra müsabiqədən kənar tamamilə yeni “İçəri Şəhər” və “Qalaltı (Şabran)” xəritələri üzrə məsafəni qaçmışdırlar. Səmti Müəyyən etmə Federasiyası qeyd olunan ərazilərdə bu ilin sentyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, bu xarici idmançılardan ibarət qrup Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışına Avropa və bütün dünyadan idmançıların qatılması üçün səmti müəyyən etmə idman növünün Azərbaycandakı nailiyyətləri barədə məlumatı bütün dünya ictimaiyyəti arasına maksimal dərəcədə yaymağa hazır olduğunu xüsusi olaraq qeyd etmişdir. 

 

SMEİF