Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

SİA

Beynəlxalq Açıq Kubok Yarışı başa çatıb

       Bu gün Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən səmti müəyyən etmə idmanı üzrə birinci Beynəlxalq Açıq Kubok Yarışı başa çatıb. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilatçılığı, bir sıra dövlət qurumlarının, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq səmti müəyyən etmə idmanı üzrə Beynəlxalq Açıq Kubok Yarışı keçirildi. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yarışda Azərbaycan da daxil olmaqla 10 ölkədən olan kişi, qadın və uşaqlardan ibarət 38 komanda qüvvələrini sınağa çəkdi.

      Yarışın birinci günü kişilər 10,6 km məsafəni qət edərək 18 nəzarət məntəqəsini, qadınlar isə 7,1 km məsafədə 14 nəzarət məntəqəsini müəyyən etməli idi. İkinci gün isə nisbətən qısa məsafə üzrə qaçışlar həyata keçirildi. Bu idman növü ilə yeni məşğul olmağa başlayanlar üçün "Open" kateqoriyası üzrə xüsusi məsafələr təşkil olundu. İdmançılar bütün kateqoriyalar üzrə qüvvələrini maksimum nümayiş etdirməyə çalışdılar.
 
      İki gün davam edən gərgin yarışda komanda hesabına görə, Rusiya idmançıları birinci yerin, Ukrayna ikinci, Azərbaycanın "Neftçi” komandası isə üçüncü yerin sahibi oldu. Yarışın qalibləri kubok, medal və diplomlarla, həmçinin hədiyyələrlə təltif edildi.
 

SMEİF