Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Azərbaycan İsveçdə keçiriləcək "High Level Event" adlı seminarda iştirak edəcək 

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası 30 yanvar – 3 fevral 2014-cü il tarixlərində Federasiya Şurasının üzvlərinin Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) və İsveç Səmti Müəyyən Etmə Federasiyasının (SOF) birgə təşkilatçılığı ilə Qotenburqda, İsveçdə keçiriləcək 6-cı Yüksək Dərəcəli Tədbirlər Seminarında (High Level Event Seminar) iştirak edəcəyi barədə məlumat verir. Seminara Finlandiya, İtaliya, Norveç, Polşa, Avstriya, Litva, Serbiya və sair ölkələrdən 60-a yaxın iştirakçı qatılacaqdır.


Seminar səmti müəyyən etmə üzrə idman tədbirlərinin təşkilatçıları üçün nəzərdə tutulmuşdur və üç mövzuya həsr ediləcəkdir: 1. Səmti Müəyyən Etmə üzrə Dünya Çempionatının (WOC) təşkili; 2. Səmti Müəyyən Etmə veteranları arasında Dünya Çempionatının (WMOC); 3. Tədbirin proqram təminatı (elektron qeydolunma sistemi).

 

SMEİF