Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Komandamız yarışqabağı seminarlarda iştirak edib

      04-05 iyul 2013-cü il tarixlərində Finlandiyada (Vuokatti) səmti müəyyən etmə idman növü üzrə keçirilən Dünya Çempionatı çərçivəsində idman xəritələri ilə iş, nəzarət məntəqələrinin məsafədə quraşdırılması üzrə nəzəri məşğələlər, müxtəlif parametrli məsafələrdə praktik məşqlər keçirilmişdir. Həmin gün komanda nümayəndələrinin iclası keçirilmiş, komanda nümayəndələri səmti müəyyən etmə idman növünün öz ölkələrindəki inkişaf səviyyəsindən və gələcək perspektivləri barədə ətraflı məlumat vermişlər. 

      Sözügedən iclasda AR Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti Mirəli Kazımov və Azərbaycan milli yığmasının baş məşqçisi Nizami Mursakulov iştirak etmişdir. Komanda nümayəndələrinin iclası zamanı Mirəli Kazımov Azərbaycan hökumətinin böyük dəstəyi və diqqəti sayəsində bu idman növünün ölkəmizdə surətlə inkişaf etdiyini, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının bu idman növü üzrə yarışların hazırlanması və keçirilməsi üçün gənc kadrların, milli hakimlərin və məsafə quraşdırılması üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət ayırdığını bildirmişdir. Bu məqsədlə ölkəmizə xarici mütəxəssislər dəvət olunur, müxtəlif treninq, seminar və praktik məşğələlər keçirilir. 

      Proqrama əsasən 06 iyul 2013-cü il tarixində Dünya Çempionatının baş tutacaq açılış mərasimindən sonra uzun və orta məsafələrə qaçış, sprint və estafet yarışlarına start veriləcəkdir. Qeyd edək ki, ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bu Çempionatda təmsil olunur. Milli yığmamızın tərkibinə 4 idmançı: Mirəli Kazımov, Faiq Bağırov, Yana Maşkova və Natalya Əliyeva daxildir. foto arxiv

 

SMEİF