Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Milli kadr və mütəxəssislərin yetişdirilməsinə istiqamətləndirilmiş seminar başa çatıb


 28 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının dəvəti ilə Moldova Səmti Müəyyən Etmə Federasiyasının Hakimlər kollegiyasının sədri Tatyana Bakulina "Səmti müəyyən etmə idman növündə məsafələrin planlaşdırılması. Məsafədə elektron qeydolunma sisteminin tətbiqi ilə səmti müəyyən etmə üzrə yarışların hazırlanması və keçirilməsi zamanı hakimlər kollegiyasının işinin təşkili” adlı seminarı keçirmək üçün Azərbaycana təşrif buyurmuşdur.


Əsas məqsəd bu idman növü üzrə yarışların təşkili və keçirilməsi üzrə milli kadr və mütəxəssislərin yetişdirilməsinə istiqamətləndirilmiş seminar 28 iyun 2013-cü il tarixindən başlayaraq Səmti Müəyyən Etmə və Velosiped İdman Federasiyalarının "Excelsior” otelində yerləşən birgə ofisində keçirilmişdir. Həmin seminarda 20-yə yaxın azərbaycanlı mütəxəssis iştirak etmişdir. İştirakçılara T. Bakulina tərəfindən elektron qeydolunma avadanlıqla işin təşkili, "OCAD” proqramı üzrə xəritələrin yarış üçün hazırlanması, yarış zamanı katibliyin vəzifə və öhdəlikləri mövzularında məruzələr oxunmuş, təcrübə üçün müxtəlif tapşırıqlar verilmişdir. 02 iyul 2013-cü il tarixində seminar yekunlaşmış, seminarın rəsmi bağlanma mərasimi baş tutmuşdur. Bağlanma mərasimi zamanı seminarda iştirak etmiş azərbaycanlı mütəxəssislərə sertifikatlar təqdim olunmuşdur. foto arxiv

 

SMEİF