Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Moldova SMEF mütəxəsisinin iştirakı ilə seminar keçiriləcək


İyun ayının 28-i AR Səmti Müəyyən Etmə İdman Federasiyasının dəvəti ilə Moldova Səmti Müəyyən Etmə Federasiyasının bu idman növü üzrə mütəxəssisi Tatyana Bakulina "Səmti müəyyən etmə idman növündə məsafələrin planlaşdırılması və quraşdırılması. Məsafədə elektron qeydolunma sisteminin tətbiqi ilə SME üzrə yarışların hazırlanması və keçirilməsi zamanı hakimlər kolegiyasının işinin təşkili” adlı seminarı keçirmək üçün Bakıya təşrif buyuracaqdır.


Əsas məqsəd milli kadr və mütəxəssislərin yetişdirilməsinə isitqamətləndirilmiş olan bu seminar iyun ayının 28-29-u  saat 09:00-dan 12:00-dək, 14:00-dan 17:00-dək və 19:00-dan 21:00-dək olmaqla gündə 3 dəfə Səmti Müəyyən Etmə və Velosiped İdmanı Federasiyalarının "Excelsior” hotelində yerləşən ofisində keçiriləcəkdir.


Keçiriləcək bu seminarın nəticəsi olaraq isə iyun ayının 30-da Binəqədi rayonunun meşə massivində (Avtovağzal) səmti müəyyən etmə idmanı sevərlər üçün açıq təlim-məşq toplanışı təşkil olunacaqdır. Saat 10:30-da start verilməsi nəzərdə tutulan və dəvət olunmuş mütəxəssisin də iştirak edəcəyi təlim-məşq toplanışında elektron avadnlıqlardan istifadə olunacaqdır.

 

SMEİF