Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
SMEİ Federasiya Şurasının növbədən kənar iclası keçirilmişdir
 

       Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşdırılmasında mühüm rolu, eləcə də Cənubi Qafqaz regionunda sülh və əminamanlığın inkişafı yolunda qoyduğu səylərin əhəmiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə, eləcə də AR Nazirlik tərəfindən təsdiq edilmiş təqvim planına müvafiq olaraq, 10-12 may 2013-cü il tarixində Yalama qəsəbəsində (Nabran) Azərbaycanda Səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Birinci Beynəlxalq Açıq Kubok Yarışının keçirilməsi ilə əlaqədar aprel ayının 13-də SMEİ Federasiya Şurasının növbədənəkənar iclası keçirilmişdir. Həmin iclasda sözügedən kubok yarışının yüksək səviyyədə keçirilməsi ilə yanaşı digər daxili məsələlər müzakirə edilmiş və rəhbərlik tərəfindən müəyyən tapşırıqlar verilmişdir.
 
 
 
Səmti müəyyən etmə idmanı üzrə növbəti tədbir
 
         Cari ilin aprel ayının 7-də Zığ qəsəbəsinin Zeytunluq adlanan ərazisində səmti müəyyən etmə idmanı sevərlər üçün təlim məşq toplantısı keçirilmişdir.  Təxminən 60 nəfərin qatıldığı həmin toplanışda federasiyanın rəyasət heyəti tərəfindən və eləcə də məşqçilər tərəfindən bu idman növü üzrə ilk addımlar atan idmançılara müəyyən göstəriş və tapşırıqlar verildikdən sonra iki yaş qrupu üzrə 10 nəzarət məntəqəsindən ibarət olan yarış təşkil olunmuşdur. 
         Rəyasət heyəti üzvləri arasındakı mehriban münasibət, eləcə də,  yüksək səviyyədə təşkil olunmuş toplanış idmançılarda xoş təəssürat yaratmışdır. Sonda təşkil olunmuş yarışda fərqlənən idmançılar diplom ilə təltif olunmuşlar. (foto arxiv)
 
  
 
Federasiya Şurasının 16 fevral 2013-cü il tarixli növbəti iclası keçirilmişdir 
 
     Cari ilin fevral ayının 16-da "Anatolia” hotelində SMEİ Federasiya Şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan federasiya prezidenti cənab Mirəli Kazımov gələcəkdə görüləcək işlər, fevral ayının 21-24 tarixlərində Türkiyədə (Antalya şəh. ətrafında) keçirilməsi nəzərdə tutulan Aralıq dənizi çempionatında milli komandamızın iştirakı və aprel ayında məktəblər və universitetlər arasında keçiriləcək turnir barəsində məlumat vermişdir.   ardını oxu...
  

 

 

 

Səmti müəyyən etmə üzrə milli komandamızın Antalyada keçiriləcək yarışda iştirakı gözlənilir

   Səmti müəyyən etmə üzrə milli komandamızın bu ayın  21-24 tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək  səmti müəyyən etmə idman növü  üzrə  Aralıq dənizi çempionatında iştirakı gözlənilir.  Yarış barədə məlumat
    Həmin çempionatda fərdi qaydada çıxış etmək istəyən idmançılara federasiyamız tərəfindən şərait yaradılacaqdır. İşirak üçün əlaqə
 
 
 
Səmti müəyyən etmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına açıq kubok yarışı                                                                  (10-12 may 2013, Nabran, Azərbaycan)
 
                                              
    
Əziz idmançılar və səmti müəyyən etmə həvəskarları! 
 
 
 
  Cari ilin may ayının 10-12-də Nabranda (Azərbaycan Respublikası) keçiriləcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə açıq yarışda salamlamaqdan şərəf duyardım. ardını oxu (bülleten)...
 
  
       

 Səmti müəyyən etmə Azərbaycanda – "idman ili"nin yekunları və 2013-cü ilin inkişaf perspektivləri
 
 

 
      Bildiyiniz kimi, 2012-ci il Azərbaycanda rəsmi olaraq "idman ili” elan edilmişdir. Bu ilin idman ili kimi uğurlu keçdiyini cəsarətlə iddia edə bilərik. Səmti müəyyən etmə post – sovet Azərbaycan üçün nisbətən yeni idman növü olmasına baxmayaraq, bütün digər idman istiqamətlərinin inkişafından geri qalmır.
 
    24 dekabr 2012-ci il tarixində, Prezidentimizin ad günündə, "Buta Palace” konsert kompleksində "İlin yekunları” adlı rəsmi tədbir keçirilmişdir. Azərbaycanın idman ictimaiyyətinin bütün nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə ən yaxşı və müvəffəqiyyətli idmançıların və idman təşkilatlarının adları açıqlanmışdır.  ardını oxu...
 
  
    
    Azərbaycan "Orienteering world" jurnalında
   
 
 Səmti müəyyən etmə idman növünün ölkəmizdə inkişafı digər ölkələrin də diqqətindən kənar qalmayıb. Belə ki, "Orienteering word” jurnalında keçən ilin payızında keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş prezident kuboku barədə məlumat dərc olunmuşdur. Bundan əlavə beynəlxalq jurnalda Azərbaycanda idmana və idmançılara olan diqqət həmçinin də ölkəmizin təbiəti barəsində geniş danışılıb.
 
    Qeyd edək ki, sözügedən jurnal 74 ölkədə oxunulur. (Tezliklə bu barədə daha ətraflı məlumat veriləcək)
 
   
 
SMEİF-in növbəti uğurları

 
Azərbaycanın idman ictimaiyətinin həyatında azərbaycanlı səmti müəyyən edən idmançılarının cari ilin  21-24 fevral tarixləri ərzində Türkiyədə (Antaliya şəh. ətrafında) keçirilən beynəlxalq yarışda iştirakı ilə bağlı olan mühüm hadisə baş vermişdir. Qeyd olunan müddət ərzində Türkiyə Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının rəhbərliyi altında Antaliyada (Manavqat və Side bölgələrində) keçirilən Aralıq Dənizi ölkələrinin Beynəlxalq Çempionatına ev sahibliyi etmişdir.   ardını oxu...
 
  

Azərbaycan idmançıları son 25 il ərzində ilk dəfə olaraq beynəlxalq yarışda

 

 
      Məlum olduğu kimi fevral ayının 21-24-ü tarixləri arasında Türkiyədə (Antalya şəh. ətrafında) Aralıq dənizi ölkələrinin  çempionatı (WOC) keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, son 25 il ərzində ilk dəfə olaraq Azərbaycan idmançıları beynəlxalq yarışda iştirak ediblər. Federasiya prezidenti cənab Mirəli Kazımovun rəhbərliyi altında komandamızın da iştirak etdiyi çempionatda ilk yarış günü arxada qalıb. 
 
      Nəticələr və yarış barədə tezliklə daha ətraflı məlumat veriləcəkdir.
 
  
 

 

SMEİF-in idarə heyətinin növbəti iclası keçirilmişdir

 
    Dekabr ayının 28-də SMEİF-in idarə heyətinin növbəti iclası keçirilmişdir. Belə ki, iclasda yeni qaydaların qəbul edilməsi, kadr məsələləri və eləcə də növbəti ildə keçiriləcək tədbirlər ilə bağlı məsələlər müzakirə edilmişdir.
 

    Keçirilmiş iclasda qaydalarla bağlı yeni təkliflərə baxılmış və federasiya tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Həmin bu qaydaların hazırlanmasına görə federasiyanın üzvləri Ukrayna Respublikasının Azərbaycandakı səfiri cənab Aleksandr Mişenkoya və eləcə də bu işdə ona yardımçı olan Nizami Mursaqulova öz minnətdarlıqlarını bildirmişlər. ardını oxu...

 
   
 
 
 
 
 
Səhifə   1  2  3  4  5  6  7  8 
 

SMEİF