Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
Milli kadr və mütəxəssislərin yetişdirilməsinə istiqamətləndirilmiş seminar başa çatıb

Əsas məqsəd bu idman növü üzrə yarışların təşkili və keçirilməsi üzrə milli kadr və mütəxəssislərin  ardını oxu...





 
 
 
 
Moldova SMEF mütəxəsisinin iştirakı ilə seminar keçiriləcək
 

 

 28 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının dəvəti ilə Moldova Səmti Müəyyən Etmə Federasiyasının Hakimlər kollegi

yasının sədri Tatyana Bakulina "Səmti müəyyən etmə idman növündə məsafələrin planlaşdırılması. Məsafədə elektron qeydolunma sisteminin tətbiqi ilə səmti müəyyən etmə üzrə yarışların hazırlanması və keçirilməsi zamanı hakimlər kollegiyasının işinin təşkili” adlı seminarı keçirmək üçün Azərbaycana təşrif buyurmuşdur.

 
İyun ayının 28-i AR Səmti Müəyyən Etmə İdman Federasiyasının dəvəti ilə Moldova Səmti Müəyyən Etmə Federasiyasının  ardını oxu...



Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

 

       Bildiyiniz kimi may ayının 10-12 tarixlərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok Yarışı baş tutmuşdur. Yarış əsas Elit (K/Q) və yeni başlayan idmançılar üçün OPEN (K/Q) qrupları üzrə keçirilmişdir.  Həmin yarışda idman adları və dərəcələri verilməsinə dair təsnifata müvafiq olaraq bir sıra yarış iştirakçıları müəyyən idman dərəcələrini yerinə yetirmişlər. Belə ki,  uzun məsafədə kişilər arasında yerli və xarici idmançılar üzrə  1 idmançı İUN, 1 idmançı I,  2 idmançı II, 2 idmançı III, 4 idmançı isə gənclər üzrə III dərəcələri yerinə yetirmişdilər.  Qadınlar arasında isə bu məsafədə 1 idmançı İUN, 2 idmançı II, 11 idmançı isə III dərəcəni yerinə yetirmişdilər. ardını oxu...

 

Keçirilmiş təlim-məşq toplanışında iştirakçılara həm fiziki, həm də xəritə üzrə tapşırıqlar verilmişdir

     May ayının 26-sı Bakı şəhərinin Binəqədi rayonunun "Avtovağzal” adlanan ərazisinin yaxınlığında Federasiyanın Rəyasət heyəti tərəfindən təlim-məşq toplanışı  təşkil edilmişdir. Ukraynanın Azərbaycandakı Səfiri, Federasiyanın Fəxri üzvü Aleksandr Mişenkonun başçılığı ilə keçirilən təlim-məşq toplanışında 30-a yaxın idmançı iştirak etmişdir.
    
     Ukraynalı mütəxəsis Mixail Puqaç tərəfindən çəkilmiş yeni xəritə üzrə həyata keçirilmiş təlimdə həm "Elit”, həm də "Open Junior” qrupları üzrə qaçışlar baş tutmuşdur. Təxminən 3 saatadək davam edən təlim-məşq  ardını oxu...




SMEİF-in rəyasət heyətinin üzvləri Vergilər Nazirliyinin əməkdaşları ilə birgə "Heydər zirvəsi"ni fəth etmişlər

 

 

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi şərəfinə Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın vitse-prezidenti Nizami Mursakulov və  rəyasət heyətinin üzvü Xəyyam Məmmədov eləcə də, Vergilər Nazirliyinin bir qrup əməkdaşları ilə "Heydər zirvəsi”ni (3751 metr) fəth etmişlər. Bu tədbir Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə təşkil edilmişdir. ardını oxu...





 Həftəsonu təlim-məşq toplanışı təşkil ediləcək

      Bazar günü may ayının 26-sı saat 11:00-da Binəqədi rayonunun meşə massivində (Avtovağzal)  səmti müəyyən etmə idmanı sevərlər üçün təlim-məşq toplanışı keçiriləcək. Federasiyanın rəyasət heyətinin üzvləri tərəfindən təşkil ediləcək təlimdə iştirak etmək istəyən hər kəsi dəvət edirik.
          Əlaqə üçün:  0556657520 Zaur Seyidov.





 
 
 
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışı başa çatmışdır
 
         
 
     10-12 may 2013 il tarixində Xaçmaz rayonunda (Nabran) müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Respublikada idmanın inkişafına xüsusi diqqət ayıran, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışı keçirilmişdir.  ardını oxu...
 
 
 
      
SMEİF-in mətbuat konfransı keçirilmişdir

 
     Bu ilin aprel ayının 30-da Səmti Müəyyən Etmə İdman Federasiyasının "İnterfax-Azərbaycan” informasiya agentliyində mətbuat konfransı keçirilmişdir.
 
    
 
     İdman Azərbaycan kanalının və eləcə də "Azərtac", "Trend.az", "İdman" qəzeti, "Бакинский рабочий" və digər kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi mətbuat konfransında jurnalistlərin may ayında keçirilməsi nəzərdə tutulan ümummilli lider Heydər Əliyevin  90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışı barəsində ardını oxu...
 
Azərbaycan - Səmti müəyyən etmənin yeni təyinat nöqtəsi

 
 
 

 

Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının "Inside orienteering” jurnalının 2 mart 2013-cü il il tarixli buraxılışında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası haqqında, 10-12 may 2013-cü il tarixlərində Nabranda (Yalama qəsəbəsində) keçiriləcək Birinci Beynəlxalq Kubok Yarışı, ümumiyyətlə Federasiyamızın son bir il yarım ərzində qazandığı nailiyyətləri barədə "Azərbaycan-Səmti müəyyən etmənin yeni təyinat nöqtəsi” başlıqı altnda geniş məqalə dərc edilmişdir. ardını oxu...

 




 
 
 
Baş məşqçinin rəhbərliyi ilə təlim-məşq toplanışı keçirilmişdir
 
 
 
  
 
  Bu gün səmti müəyyən etmə üzrə milli komandanın baş məşqçisi Nizami Mursaqulovun rəhbərliyi ilə təlim-məşq toplanışı keçirilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti, Vergilər Nazirliyinin komandası ilə bərabər Milli Aviasiya Akademiyasının və Azərbaycan Universitetinin komandalarının da qatıldığı məşqdə  baş məşqçi tərəfindən xəritə üzrə müəyyən tapşırıqlar verilməklə yanaşı həm də idmançıların fiziki hazırlıq vəziyyətləri də yoxlanılmışdır.  ardını oxu...

 

 

 

 
 
Səhifə  1  2  3  4  5  6  7  8 
 

SMEİF