Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Yarışa yekun vuruldu. Qalib komandalar müəyyən oldu

 

      Fövqəladə Hallar Nazirliyinin I Qapalı Çempionatına bu gün keçirilmiş uzun məsafə üzrə yarışdan sonra yekun vuruldu.  3.5 km məsafədə 10 nəzarət məntəqəsindən ibarət olan ikinci yarış günü də gərgin mübarizə şəraitində keçdi. Təxminən 4 saat davam edən gərgin mübarizədən sonra şəxsi hesabda Hüseynov Elşən (Təmir-Tikinti NDA) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qalibdən təxminən 3 dəqiqə geri qalan Elyazov Rəşad (Xüsusi Riskli Xilasetmə Xidməti) 2-ci, Məmmədov Şahin (Dövlət Yanğından Mühafizə Xidməti)  isə 3-cü oldu. ardını oxu...

 

 

 

 

Yarışın ilk günü geridə qaldı

 

      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə I Qapalı Çempionatında bu gün qısa məsafə üzrə yarışa yekun vuruldu. Açılış mərasimindən dərhal sonra start verilən yarışa 100-ə yaxın idmançı qatılmışdır. 2.6 km məsafədə 7 nəzarət məntəqəsindən ibarət olan yarışın ilk günün gərgin mübarizə şəraitində keçmişdir.

 

 

      Qısa məsafə üzrə bütün nəzarət məntəqələrini qeyd edib hamıdan əvvəl finiş xəttinə çatan Allahverdiyev Müvəssəl (Dövlət Sularında Xilasetmə Xidməti) qalib olmuşdur. ardını oxu...

 

 
Fövqəladə Hallar Nazirliyinin I Qapalı Çempionatı keçiriləcək

     Sentyabr ayının 20-22-də Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə I Qapalı Çempionatı keçiriləcəkdir. Şamaxı rayonunun Pirqulu qəsəbəsində (Vergilər Nazirliyinin Tədris Mərkəzi) keçiriləcək yarışa baş hakimliyi SMEİF-in vitse-prezidenti Nizami Mursakulov edəcəkdir.   ardını oxu...

 





ARSMEİF Şurasının iclası keçirilib
 
      Azərbaycan Respublikası SMEİF Şurasının 14 sentyabr 2013-cü il tarixində növbət iclası keçirilmişdir. İclasda bu ilin iyul ayında Finlandiyada keçirilmiş və ilk dəfə olaraq Azərbaycan idmançılarının da iştirak etdiyi 30-cu dünya çempionatında idmançılarımızın çıxışı və eləcə də qarşıdakı aylarda keçirilməsi nəzərdə tutulan Açıq Respublika Çempionatının hazırlıqları müzakirə edilmişdir. 

      Dünya çempionatı ilə bağlı çıxış edən federasiyanın vitse-prezidenti eləcə də milli komandanın baş məşqçisi Nizami Mursaqulov keçirilmiş dünya çempionatı barədə ardını oxu...


Finlandiyada "Welcome to Azerbaijan" adlı gecə təşkil olunmuşdur

Səmti müəyyən etmə idman növü üzrə Finlandiyada keçirilmiş dünya çempionatında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımovun təşkilatçılığı ilə "Welcome to Azerbaijan” adlı gecə təşkil olunmuşdur. Həmin gecəyə İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı dünya çempionatında iştirak edən bütün komandaların federasiya prezidentləri, vitse-prezidentləri, baş məşqçilər, çempionatda fərqlənən idmançılar ardını oxu...

 
 
 
 
 
Dünya çempionatına yekun vurulub. Estafet yarışında qaliblər məlum olub

       Finlandiyanın Vuokatti şəhərində Səmti müəyyən etmə idman növü üzrə dünya çempionatı başa çatıb. Orta məsafə üzrə yarışların ardından yarışın sonuncu günü estafet növü üzrə də qalib və mükafatçılar məlum olub. Komanda yarışında kişilər arasında Rusiya millisi dünya çempionu adına layiq görülüb. Onlardan geri qalan İsveç idmançıları ikinci yeri tutub. Ukrayna təmsilçiləri isə bürünc medal qazanıblar.
     
      Qadınların yarışında isə Norveç kollektivi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalı Finlandiya idmançıları əldə edib. Nəhayət İsveçrə millisi üçüncü yerlə kifayətləniblər.
     
       Xatırladaq ki yarışdan sonra 30-cu dünya çempionatının bağlanış mərasimi keçirilib.  foto arxiv

 

 

      
Azərbaycan SME İdman Federasiyası Avropa İşçi Qrupuna daxil oldu
 

        Finlandiyanın Vuokatti şəhərində dünya çempionatı ilə bərabər Avropa Səmti Müəyyən Etmə Federasiyasının toplantısı keçirilib. İclasda bu idman növünün daha da populyarlaşması, müxtəlif yaş qrupları arasında təbliğat işləri gücləndirilməsi istiqamətində müzakirələr aparılmaqla yanaşı bir çox məsələlərə aydınlıq gətirilib. Sevindirici haldır ki, səs vermə nəticəsində Azərbaycan Avropa İşçi Qrupuna (EWG) daxil olub. Qeyd edək ki, Azərbaycan AİQ-ə daxil olmuş 40-cı ölkədir.
      Azərbaycan səmti müəyyən Etmə İdman Federasiyasının nümayəndələri 2014-cü ildə avropa və dünya çempionatlarını ölkəmizdə keçirilməsi üçün  ardını oxu...


Federasiya prezidentlərinin konfransı keçirilib
    
      Finlandiyanın Vuokatti şəhərində keçirilən yarış ərəfəsində federasiya prezidentlərinin konfransı keçirilib. Tədbirdə Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (İOF-un) prezidenti Brayn Porteos ilə yanaşı digər rəsmilər də iştirak ediblər. Porteos çıxış edərək gələcək planlar barədə və eləcə də bu idman növünün gələcəkdə Olimpiya oyunlarına qatılmaq perspektivlərindən danışıb. Daha sonra İOF-a prezident seçimlərinin 2 ildən bir yox 4 ildən bir keçirilməsi barədə müzakirələr aparılıb.
     
      Konfrans zamanı Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək  ardını oxu...


Dünya çempionatının açılışı mərasimi baş tutub. Sprint üzrə yarışa start verilib

      Finlandiyanın Voukatti şəhərində Səmti müəyyən etmə idman növü üzrədünya çempionatı davam edir. İyunun 8-də dünya çempionatının açılış mərasimi keçirildi. Tədbirdə  Beynəlxalq Səmti İdman Federasiyasının prezidenti Brian Porteous və digər rəsmilər iştirak ediblər. İlk növbədə 

      Çempionat açıq elan edildikdən sonra yarışa start verilib. Sprint yarışları maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Belə ki, arenadakı 5 mindən artıq azarkeşin  öz idmançılarına  qarşı dəstəyi turnirə marağı daha da artırırdı.  ardını oxu...



Dünya çempionatının ilk yarış günü geridə qaldı

Finlandiyada Səmti Müəyyən Etmə İdman növü üzrə 30-cu Dünya çempionatı start götürüb. Turnirdə 74 ölkənin 400-ə yaxın iştirakçısı çempion adı uğrunda mübarizə aparır. Ölkəmizi bu yarışda Azərbaycan səmti müəyyən etmə İdman federasiyasının prezidenti Mirəli Kazımov və baş məşqçi Nizami Mursakulovun rəhbərliyi ilə 4 həmyerlimiz təmsil edir. Çempionatın ilk günü 3 idmançımız bacarığını nümayiş etdirib. Kişilər arasında uzun məsafədə keçirilən yarışda Mirəli Kazımov, Faiq Bağırov qüvvəsini sınayıb. Qadınların mübarizəsində isə Natalya Əliyeva yarış iştirakçıları arasında olub. ardını oxu...


 
 

Komandamız yarışqabağı seminarlarda iştirak edib

      
04-05 iyul 2013-cü il tarixlərində Finlandiyada (Vuokatti) səmti müəyyən etmə idman növü üzrə keçirilən Dünya Çempionatı çərçivəsində idman xəritələri ilə iş, nəzarət məntəqələrinin məsafədə quraşdırılması üzrə nəzəri məşğələlər, müxtəlif parametrli məsafələrdə praktik məşqlər keçirilmişdir. Həmin gün komanda nümayəndələrinin iclası keçirilmiş, komanda nümayəndələri səmti müəyyən etmə idman növünün öz ölkələrindəki inkişaf səviyyəsindən və gələcək perspektivləri barədə ətraflı məlumat vermişlər. 
      Sözügedən iclasda AR Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti Mirəli Kazımov və Azərbaycan milli yığmasının baş məşqçisi  ardını oxu...



İdmançılarımız ilk dəfə olaraq dünya çempionatında

     Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təqvim planına əsasən 06-14 iyul 2013-cü il tarixində Finlandiyada (Vuokatti) səmti müəyyən etmə idman növü üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulmuşdur. Bu irimiqyaslı Çempionata dünyanın 74 ölkəsi qatılacaqdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmiz yuxarıda qeyd olunan Çempionatda iştirak etmək üçün Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası tərəfindən rəsmi dəvət almışdır.

      Bununla əlaqədar olaraq, Azərbaycanın milli yığması Dünya Çempionatında iştirak etmək üçün 03 iyul 2013-cü il tarixində Finlandiyaya yola düşür. Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək milli yığma ardını oxu...


    
 

 

Səhifə 1  2  3  4  5  6  7  8 
 

SMEİF