Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Nabranda təlim-məşq toplanışı keçirilmişdir

 
         Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının iş planına uyğun olaraq 25-26 yanvar tarixlərində Nabranda, təlim-məşq xarakterli yarışlar keçirilmişdir. Məşqin keçirilməsinin əsas məqsədi ölkəmizin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandaya olan namizədləri seçməkdən ibarət idi. ardını oxu...
 



 

 

 

 
Azərbaycan İsveçdə keçiriləcək "High Level Event" adlı seminarda iştirak edəcək 
 
 

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası 30 yanvar – 3 fevral 2014-cü il tarixlərində Federasiya Şurasının üzvlərinin Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) və İsveç Səmti Müəyyən Etmə Federasiyasının (SOF) birgə təşkilatçılığı ilə Qotenburqda, İsveçdə keçiriləcək 6-cı Yüksək Dərəcəli Tədbirlər Seminarında  ardını oxu...

  






Nabranda təlim-məşq toplanışı keçiriləcək

      AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Azərbaycan SME idmanı üzrə milli yığmaya namizəd idmançılar üçün seçmə məşqləri keçirməyi planlaşdırır. Məşqlər Ukraynalı mütəxəssis, beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç tərəfindən keçiriləcəkdir.  ardını oxu...


     



 

 

Xəritə üzərində kompasla
     
      "Azerbaijan Airlines" jurnalının yanvar-fevral ayları üzrə növbəti buraxılışında səmti müəyyən etmə idman növü üzrə geniş məqalə dərc olunub. 

     Belə ki, "Xəritə üzərində kompasla” başlığı altında rus və ingilis dillərində dərc olunan məqalədə səmti müəyyən etmə idman növünün tarixi, kompasın vacibliyi eləcə də bu idman növü üzrə digər məlumatlar yer almışdır.



 
 
 
 
 
Təlim-məşq toplanışı keçirilmişdir
 
      
Səmti müəyyən etmə idman növü üzrə milli komandanın formalaşdırılması üzrə yanvar ayının 9-u Respublika Olimpiya Mərkəzində məşqçilər tərəfindən təlim-məşq toplanışı keçirilmişdir. Məşq zamanı məşqçilər tərəfindən idmançılara fiziki tapşırıqlar verilmişdir. Təxminən iki saat davam edən toplanışa 20-yə yaxın idmançı qatılmışdır.
    
      Onu da qeyd edək ki, növbəti toplanış bu ayın 14-ü adıçəkilən mərkəzdə keçiriləcəkdir.

 

 

 

 

    Milli komandanın formalaşdırılması üzrə seçimlər keçiriləcək


      Səmti müəyyən etmə idman növü üzrə milli komandanın formalaşdırılması üzrə məşqçilər tərəfindən yanvar ayının 7-dən başlayaraq həftədə iki dəfə II və IV günlər saat 19:00-da Respublika Olimpiya Mərkəzində məşqlər həyata keçiriləcəkdir. Sizləri keçiriləcək seçimlərdə iştirak etməyə dəvət edirik.
      
      Ünvan: Olimpiya küç. AR Gənclər və İdman Nazirliyi ilə üzbəüz (Gənclik  m.st.)  köməkçi xəritə
      Tel.: (+99455)6657520 / (+99451)5148869
      



 

Beynəlxalq Səmt İdmanı Federasiyasının Prezidenti Brian Porteousdan

 
      Hörmətli cənab Prezident,
      Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz idmanın inkişafına yüksək diqqət və qayğı göstərirsiniz. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən mühüm idman ölkəsinə çevrilmişdir. İlk Avropa Oyunlarına hazırlıq işində Sizə uğurlar diləyirəm.
     

     Azərbaycan səmt idmanı üzrə beynəlxalq ailənin ən gənc üzvlərindən biridir. Ölkənizdə idmanın bu növü üzrə yeni yaradılmış federasiyanın əldə etdiyi uğurlardan olduqca məmnunam.  ardını oxu...


 

 

İlin yekunları ilə bağlı iclas keçirilmişdir

     26 noyabr 2013-cü il tarixində Federasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda SMEİF-in 2013-cü il üzrə gördüyü işlərin (tədbirlərin, yarışların) nəticələri, 2014-cü ilə dair tədbirlər planına uyğun olaraq görüləcək işlər, Ukraynalı mütəxəssis A.Puqaç tərəfindən Azərbaycanın yeni regionlarının (Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qax rayonları) xəritələrinin hazırlanması üzrə işlərin ardıcıllığına dair təkliflərin hazırlanması məsələləri müzakirə edilmişdir.  
      

 

 

     Eləcə də iclasda 2014-cü ilin tədbirlər planına uyğun olaraq beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin müəyyənləşdirilməsi  ardını oxu...
 


Federasiya şurasının növbəti iclası keçiriləcək

      Noyabr ayının 26-sı  AR SMEİ Federasiya Şurasının növbəti iclası keçiriləcəkdir. İclasda 2013-cü ilin yekunları və eləcə də 2014-cü ildə tədbirlər planına uyğun olaraq keçiriləcək tədbirlər barədə müzakirələr aparılacaqdır.
       Saat 19:00-da "Excelsior” otelində keçiriləcək iclasda Federasiya Şurasının üzvlərinin iştirakı vacibdir.
       Əlavə məlumat: Zaur Seyidov (+99455) 665 75 20

 

 

 

 

 

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası ənənəvi 10-cu «ISTANBUL 5 DAYS» yarışında

 

             29.10 – 03.11.2013 il tarixlərində keçən yarış İstanbul Səmti Müəyyən Etmə Klubu tərəfindən təşkil edilmişdir. Turnir İstanbulun ən tanınmış yerlərində Çeşmesi (Belgrad Forest), Büyükada (The Prince”s Islands), Yildiz Park (Beşiktaş), Ciftalan (Kurtkemeri), Grand Bazaar”da keçmişdir.

           

 

            «ISTANBUL 5 DAYS» turnirinə Finlandiya, İsveç, Norveç, İtaliya, Daniya, Avstriya, Almaniya, Estoniya, Rusiya, Ukrayna, Qazaxıstan  ardını oxu...

 

 

 

Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş kubok yarışı keçirilmişdir

 

     Nabran kəndi, "Xəzər" turist bazasında səmti müəyyən etmə idman növü üzrə Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş kubok yarışı başa çatmışdır. 

    

    Yarışdan bir gün öncə noyabr ayının 2-də idman turizmi üzrə SSRİ idman ustası  olan V.Filippovun xatirə gecəsi təşkil edilmişdir. Həmin gecədi çıxış edən federasiyanın vitse-prezidenti Nizami Mursakulov Vyaçeslav Filippovun həyatı və eləcə də onun idman sahəsində əldə etdiyi  ardını oxu...

 

 

 

 

Respublika Çempionatına yekun vuruldu

 

      Bazar günü 27 oktyabr 2013-cü il tarixində Bakı şəhərində, Binəqədi rayonu ərazisində (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilmişdir. Yarış AR Vergilər Nazirliyi və Bakı ş. Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Səmti Müəyyən Etmə İdman Federasiyası və AR Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmişdir.

 

      Yarış açıq yarış idi, nəticələr komanda və fərdi olaraq hesablanmışdır.  ardını oxu...

 

 

 

Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş Kubok yarışı keçiriləcəkdir

 

 

      Noyabr ayının 2-3-də Nabran kəndi, "Xəzər" turist bazasında səmti müəyyən etmə idman növü üzrə Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş Kubok yarışı keçiriləcəkdir.

 

     Yarışda iştirak etmək istəyənlər Nizami Mursakulova müraciət etsinlər: 

nmursakulov@gmail.com  /  (+99450) 327 85 61

 

      2-3 ноября на турбазе "Хазар" (Набрань) пройдет Кубок по спортивному ориентированию памяти Вячеслава Филиппова. 

 

      Желающим принять участие в соревновании обращаться к Низами Мурсакулову:

 

nmursakulov@gmail.com  /  (+99450) 327 85 61

 

Növbəti Açıq Respublika Çempionatı keçiriləcək

 

   Oktyabr ayının 27-si səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək. Binəqədi rayonunun "Avtovağzal” adlanan ərazisində 10:30-da açılışı baş tutacaq yarışa 11:30-da start veriləcəkdir. 

     

   "Elit”, "Open” və "Junior” kateqoriyaları üzrə keçiriləcək yarışın "Elit” qrupu elektron qeydolunma sisteminin tətbiqi ilə həyata keçiriləcəkdir. Təxminən 150 nəfərədək idmançının qatılacağı gözlənilən yarış Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutacaq. 

    Yarışın əsasnaməsi: yüklə

    Sifariş vərəqəsi: yüklə

                                                                     İnformasiya bülleteni: AZE   &   RUS

 

                                                                    Yarışa gəlmək üçün köməkçi xəritə: yüklə

 

 

 

 
Səhifə  1  2  3   5  6  7  8 
 

SMEİF