Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Respublika qəzeti

Səmti müəyyən etmə Azərbaycanda – "idman ili”nin yekunları və 2013–cü ilin inkişaf perspektivləri

    Yola saldığımız 2012–ci il Azərbaycanda rəsmi olaraq "idman ili” elan edilmiş, uğurlu nəticələr əldə olunmuşdur. Səmti müəyyən etmə Azərbaycan üçün nisbətən yeni idman növü olmasına baxmayaraq, ümumi inkişafından geri qalmır.

    24 dekabr 2012–ci il tarixində "Buta Palace” konsert kompleksində Azərbaycanın idman ictimaiyyətinin bütün nümayəndələrinin iştirak etdiyi "İlin yekunları”na həsr olunmuş tədbirdə ən yaxşı və müvəffəqiyyətli idmançıların və idman təşkilatlarının adları açıqlanmışdır. Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidentinin ilk dəfə olaraq bu mərasimə dəvət olunması faktı qeyd olunan federasiyanın ötən ildə əldə etdiyi uğurlarını və inkişaf tendensiyasını əyani təsdiq edir. Bundan əlavə, Səmti Müəyyən Etmə İdman Federasiyası Mirəli Kazımovun qismində 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş karate üzrə "Prezident Kuboku” adlı beynəlxalq turnirin keçirilməsində göstərilmiş diqqət və qayğıya görə fəxri fərmanla təltif olunmuşdur.

    Bu günlərdə, Səmti Müəyyən Etmə İdman Federasiyasının Şurası, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə dostların, yoldaşların və bu idman növünü sevən hər kəsin görüşünü – gözəl bayram gecəsini təşkil etmişdir. "Anatolia” hotelində baş tutmuş mərasim coşqun səmti müəyyən edənlərin sıralarına daxil olmayanlar üçün tanışlıq və ünsiyyət qurmaq, dostlaşmaq və nəhayət ürəkdən əylənməyə imkan yaradan qeyri–rəsmi gecə kimi düşünülmüşdür.

    Tədbirdə Federasiya Prezidenti görülmüş işlər, əsas nailiyyətlər və uğurlar haqqında danışaraq qeyd etmişdir ki, bu gün Federasiyanın tərkibinə 12 müxtəlif təşkilat daxildir. Səmti Müəyyən Etmə İdman Federasiyası isə öz növbəsində Beynəlxalq Federasiyanın üzvüdür. Son zamanlar ərzində Federasiyanın uğurlu fəaliyyəti sayəsində səmti müəyyən etmə idmanı üzrə yarışların Azərbaycanın digər regionlarında da keçirilməsi üzrə "coğrafiyanın” müxtəlifləşdirilməsinə imkan yaradan doqquz yeni idman xəritəsi hazırlanmışdır. Xarici partnyorlarla cari ilin aprel ayının əvvəlində Respublikamızda səmti müəyyən etmə üzrə yarışların keçirilməsi üçün elektron qeyd olunma sisteminə dair avadanlıq komplektinin SMEİF üçün Azərbaycana gətirilməsi haqqında razılıq əldə olunmuşdur. Beləliklə, Azərbaycan səmti müəyyən etmə idmanı üzrə yarışların artıq bu ildən etibarən dünya təcrübəsinə uyğun standartlar üzrə keçirilməsi üçün bütün imkanlar mövcuddur.
  
    Yaxın zamanlarda Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris mərkəzinin əsasında səmti müəyyən edən idmançıların hazırlanması üzrə elmi–praktiki mərkəzin formalaşdırılmasına dair işlərin yekunlaşdırılması planlaşdırılır.

    Mərasimdə tədbirlər və çempionatlar haqqında video–film təqdim edilmişdir.

    Federasiyanın rəyasət heyətinin üzvləri bir çox müsahibə və söhbətlər zamanı gələn ilin idman proqramı haqqında danışdılar. Təqvim planına müvafiq olaraq, 2013–cü ildə Respublikada, o cümlədən təhsil müəssisələri, idman cəmiyyətləri, nazirlik və hərbi strukturlar arasında müxtəlif yarışlar keçiriləcəkdir. Onların arasında, əlbəttə ki, ən mühümi kimi Açıq Respublika Çempionatı, eləcə də ümummilli Lider Heydər   Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnir və Kubok yarışlarını hesab etmək olar. Xüsusilə də, 2013–cü ilin sentyabr ayında Ukraynanın Ujqorod şəhərində səmti müəyyən etmə idmanı üzrə ilk ümumittifaq yarışların SSRİ–də keçirilməsinin əlli illiyi qeyd olunacaq və Azərbaycan Respublikasının Səmti Müəyyən Etmə İdman Federasiyası bu miqyaslı tədbirdə iştirak etməyi planlaşdırır.

 

SMEİF