Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Yüklə: word fayl

 

Qaydaların işçi layihəsi Federasiya Şurasının 18.12.2012-ci il tarixli iclasında təsdiq olunub və 1 dekabr 2013-cü il tarixinə

olan vəziyyətə görə hazırlanmışdır

 

 

Azərbaycan Respublikası

Səmti Müəyyən Etmə İdman Federasiyası

 

Azərbaycan Respublikasında səmti müəyyən etmə üzrə idman yarışların keçirilmə qaydaları

 

BAKI  - dekabr 2013-cü il

 

Qaydalar 1 yanvar 2014-cü ildən qüvvədədir.

Redaksiya komissiyası: M.Kazımov (sədr), N.Mursakulov, A.Mişenko, O.Rzayev

 

(Qaydalar Azərbaycanda səmti müəyyən etmənin hazırki mərhələdə reallıqları və 5 illik keçid dövrü ərzində inkişaf perspektivləri nəzərə alınmaqla tərtib olunub. Bununla bərabər Qaydaların düzəldilməsi Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Şurasının qərarı əsasında, AR-da səmti müəyyən etmə ilə məşğulluğun kütləviliyi, Respublikasının müxtəlif reqionlarında yeni idman xəritələrinin hazırlanması artdıqca və milli idmançıların və hakim heyətinin hazırlığının təkmilləşməsi nəzərə alınmaqla mütəmmadi qaydada həyata keçiriləcəkdir.)

 

Bölmə A. ƏSAS MÜDDƏALAR

Hazırki Qaydalar Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının – BSMEF (İOF) qüvvədə olan Qaydaları  nəzərə alınmaqla hazırlanmışdır.

Qeyd olunan Qaydalara əsasən Azərbaycan Respublikası ərazisində səmti müəyyən etmə idmanı üzrə bütün yarışlar keçirilir.

Qaydalar Respublikanın bütün ərazisində qüvvədədir və idmançılar, məşqçilər, komanda nümayəndələri, hakimlər və yarış təşkilatçıları, həmçinin yarışların keçirilməsində iştirak edən və ya idmançılarla işləyən şəxslər üçün vacibdir.

Hazırki Qaydalara daxil edilməyən yarışların təşkili və keçirilməsi məsələləri Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (qısaca AR SMEİF) Şurası tərəfindən qəbul edilmiş müvafiq qərarlarla tənzimlənir. 

Təşkilatçılar tərəfindən hazırki Qaydalara, həmçinin SMEF qərarlarına zidd olmayan əlavə şərtlər daxil edilə bilər. Müvafiq informasiya yarış iştirakçılarına əvvəlcədən bildirilməlidir. Qaydaların interpretasiyası zamanı idman ədaləti, iştirakçıların təhlükəsizliyi və bu və ya digər hərəkətin məqsədyönlüyü  prinsiplərini əsas götürmək lazımdır.

Qısaltmaların siyahısı:

QİSME – qaçışla idman səmti müəyyən etməsi

BSMEF (İOF) - Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası

AR SMEİF (mətndə SMEİF) - Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası

ÜRƏY – ümumrespublika əhəmiyyətli yarışlar (AR-da keçirilən yarışların yüksək forması)

NM – nəzarət məntəqəsi

XVM – xəritələrin verilmə məntəqəsi

NT – nişanlanmış tras

FE – fərdi estafet

E – estafet

SS – supersprint

SP – sprint

QD – qısa distansiya

OD – orta distansiya

UD – uzadılmış distansiya

UZ — uzun distannsiya

MD — marafon distansiya.

 

Təyinlər

1.1. Səmti müəyyən etmə idman növü — iştirakçıların idman xəritəsi və kompasın köməyi ilə həmin yerdə yerləşən nəzarət məntəqələrini (NM) keçməli olduqları idman növüdür. Nəticələr bir qayda olaraq distansiyanın keçmə vaxtı ilə (müəyyən hallarda – cərimə vaxtı nəzərə alınmaqla) və ya yığılmış xalların cəminə görə müəyyən olunur.

1.1.1. Yarışlar aşağıdakı növlərə bölünə bilər:

1.1.1.1. Hərəkət üsuluna görə

qaçışla səmti müəyyən etmə idman növü - «QİSME»;

 — digər hərəkət vasitələrinin istifadəsi ilə səmti müəyyən etmə üzrə yarışlar (məsələn velosipedlə səmti müəyyən etmə) AR SMİF digər sənədləri ilə təmzimlənir.

1.1.1.2. Yarışlarınn keçirilmə vaxtına görə:

— gündüz (günün işıqlı vaxtında);

— gecə (günün qaranlıq vaxtında).

1.1.1.3. İdmançıların qarşılıqlı əlaqəsinə görə:

— fərdi (hər bir idmançı fərdi start vaxtına sahibdir);

— estafet (komanda üzvləri öz mərhələlərini ardıcıl keçir);

— komanda və ya qrup (2 və daha artıq iştirakçı distansiyanı birgə keçir. İdmançılar ümumi start vaxtına malikdir)

1.1.1.4. Nəticələri hesaba alınmasının xarakterinə görə:

— şəxsi (nəticələr hər bir iştirakçıya ayrıca yazılır);

— şəxsi-komanda (nəticələr hər bir iştirakçıya və komandalara yazılır);

— komanda (iştirakçıların nəticələri komandalara yazılır),

1.1.1.5. yarış nəticələrinin müəyyən edilməsi üsuluna görə:

— birdəfəlik (tək və yeganə yarışın nəticəsi – son nəticədir);

— çoxqat (bir və ya bir neçə gün ərzində keçilmiş bir və ya bir neçə trasın birgə nəticələri yekun nəticəni müəyyən edir);

— təsnifat (iştirakçılar finala çıxmaq üçün bir və ya bir neçə təsnifat traslarından keçir).

1.1.1.6. Məsafənin uzunluğuna gö SS – supersprint

SP – sprint

QD – qısa distansiya

OD – orta distansiya

UD – uzadılmış distansiya

UZ — uzun distansiya

MD — marafon distansiyası

— digər distansiyalar (AR-da keçirilən yarışların xüsusiyyəti ilə bağlı olaraq SMEF Şurası tərəfindən əlavə olaraq müəyyən edilə bilər).

Proqram növü – bu səmti müəyyən etmə növü, distansiyanın uzunluğu, hərəkət üsulu, nəticənin müəyyən edilməsi, hesablanma xarakteri və idmançıların qarşılıqlı əlaqəsi ilə fərqlənən səmti müəyyən etmənin bir növüdür. Yarışlara səmti müəyyən etmə idmanı proqramı növlərinin müxtəlif sayı daxil ola bilər.

1.2. Yarışlar səmti müəyyən etmənin aşağıdakı növlərində keçirilir:

1.2.1. Verilmiş istiqamətdə (Vİ) səmti müəyyən etmə - xəritədə qeyd olunan və həmin yerdə yerləşən NM-in verilmiş qayda ilə keçirilməsi. Bir NM-dən digər NM-ə yolu iştirakçılar öz bildiyi kimi seçirlər.

1.2.2. Seçim üzrə səmti müəyyən etmə (SSME) – rayonda mövcud olan yarışların siyahısından NM keçirilməsi. NM-in və onların keçirilməsi qaydası sərbəstdi, yəni iştirakçının fikrinə əsasəndir.

1.2.3. Nişanlanmış trasda (NT) səmti müəyyən etmə — müəyyən yerdə startdan finişə kimi nişanlanan distansiyanın xəritəyə distansiyada yerləşdirilən NM-in qeyd olunması ilə keçirilməsi.

1.3. Keçirən təşkilat — bir qayda olaraq AR səmti müəyyən etmə idman federasiyası Respublikada səmti müəyyən etmə idman növü üzrə bütün yarışların AR Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş cari ilin idman tədbirləri təqviminə əsasən hazırlanmasını və keçirilməsini təmin edir. Bununla bərabər digər təşkilat (nazirlik, bölgədə icra hakimiyyəti, idman klubu, idarə, şirkət, müəssisə) və ya fiziki şəxs SMEF qarşısında belə bir yarışların keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər.

1.4. Yarışların təşkilatçısı — AR SMEF və (və ya) keçirən təşkilatla razılaşma əsasında öz üzərinə yarışların hazırlanması və keçirilməsi üzrə işləri götürmüş təşkilat və ya fiziki şəxs.

2. Yarış rayonu

2.1. Yarış rayonu – müvafiq səviyyəli, sinifli və proqram növlü distasiyaların qoyulması üçün yetərli olan sahəyə və oriyentirlərlə zəngin olan yarışların keçirildiyi yer.

2.2.Yerin mürəkkəbliyi yarışların səviyyəsinə və növünə, iştirakçının yaşına və hazırlıq səviyyəsinə uyğun olmalıdır. Distansiyanın dərəcəsi nə qədər aşağıdırsa, distansiyanın qoyulması üçün yeri o qədər sadə istifadə etmək lazımdır.

2.3. Gələcək yarışların rayonu bütün iştirakçıların bərabər şərtlərdə olması üçün yarışların startına qədər mümkün qədər uzun müddət səmti müəyyən etmə üzrə yarışlar üçün istifadə edilə bilməz. Bununla bağlı olaraq AR SMEİF Şurasınınn qərarı ilə yarışların keçiriləcəyi yerin xəritəsi bağlı olmalıdır, bundan sonra həmin yerə idmançıların, məşqçilərin və iştirakçı komandanın istənilən digər üzvləri tərəfindən yarışı keçirən təşkilatın xüsusi icazəsi olmadan daxil olması qadağan olunur.

2.4. Yarış rayonunda keçirilən yarışlara aidiyyatı olan bütün şəxslər (hakimlər, idmançılar, məşqçilər, azarkeşlər) qüvvədə olan qanunlara, qaydalara, ətraf mühitin qorunması və yanğından mühafizə qaydaları müddəalarına riayət etməlidir.

3. Yarışların idman xəritəsi.

3.1. Yarışlarda idman xəritələri istifadə olunur. İdman xəritəsi – bu yerin irimiqyaslı xüsusi sxemidir, onun üzərində koordinat toru, həqiqi meridian xətləri, əyilmə, geodeziya bəndləri nöqtələri yoxdur və planlı, künc və yüksəklik üzrə xüsusi dəqiqlik sistemi fəaliyyət göstərir, xüsusi məzmunu isə yerin keçirilməsini və təsvir olunan fərdi xüsusiyyətlərin göstərilməsini təşkil edir. İdman xəritələri Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) təsdiq etdiyi şərti nişanların beynəlxalq sisteminə uyğun nəşr olunur.

3.2. Xəritənin çapından sonra həmin yerdə aşkar olunmuş səhvlər və dəyişiklər yarışların nəticələrinə təsir edə biləcəyi halda xəritəyə daxil edilməlidir.

3.3. İdman xəritələri üçün relyefin kəsiyinin hündürlüyü 2,5, 5 və 10 m olan 1:7500, 1:10 000 və 1:15 000 miqyası tətbiq edilir. KQ-12, 14; KQ-45 və daha yaşlı yaş qruplarında yarışları 1:10 000 miqyaslı xəritələrlə keçirmək məsləhət görülür. “SS” və “SP” yarışları üçün relyefin kəsiyi daha az olan 1:5000 miqyaslı xəritələr, həmçinin daha iri miqyaslı xəritələr istifadə olunur. Uzun məsafələrdə yarışlar üçün 1:15000 miqyasında idman xəritələrinin istifadəsi məsləhət görülür.

3.4. Yarış xəritəsi iştirakçıya trasın keçilməsi lazım olan ölçüdən böyük ola bilməz. Bu zaman xəritənin ölçüsü ümumiyyətlə 30 x 30 sm formatından çox olmamalıdır.

3.5. İştirakçılara startda verilən xəritələr nəmdən qorunan olmalıdır.

3.6. İştirakçıya verilən xəritəyə fırfır, qırmızı və ya bənövşəyi rənglə səmti müəyyən etmənin hər bir növünə uyğun оlan distansiya elementlərini qeyd edirlər.

 

»»» irəli

 

SMEİF