Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Prezident kubokuna yekun vurulub

                19 – 21 oktyabr 2012 il tarixində Nabranda (Yalama q.) Azərbaycan Respublikasında Səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Açıq Kubok uğrunda yarış keçirilmişdir.

            Bu yarışların əsas xüsusiyyəti bundan ibarət idi ki, qeyd olunmuş yarışlar Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sisteminin (hər iştirakçının məsafədə elektron qeyd olunması) tətbiqi ilə həyata keçirilmişdir.


            Qeyd olunmuş texniki avadanlıq Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Tatyana Kalenderoğlu tərəfindən təmin edilmişdir.


            Hakimlər kollegiyasına xarici mütəxəssislər – Russiyanın Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Trempoltsev Aleksandr, Ukraynanın Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Mixail Puqaç da daxil idi, yarışın baş hakimi vəzifəsini isə Etibar Məmmədov (Azərbaycan) tutmuşdur.


Azərbaycan Çempionatının təntənəli açılışı mərasimində Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti Mirəli Kazımov, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Tatyana Kalenderoğlu, Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Aleksandr Mişenko, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sərvan Nağıyev, eləcə də Russiyanın Səmti Müəyyən Etmə İdman Federasiyasının nümayəndəsi Aleksandr Trempoltsev iştirakçıları salamlamışlar.


            Mərasim zamanı dövlət himni səslənmişdir. Azərbaycan Respublikasının dövlət bayrağını qaldırmaq hüququ isə açıq Respublika Çempionatının qalibləri Natalya Əliyeva (Azərbaycan), Aleksandr Mişenko (Ukrayna) və qalib komandanın nümayəndəsi Lətifə Rüstəmovaya (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) verilmişdir.


            Kişilər arasında Prezident Kubokunun birinci günü verilən istiqamətdə (7,4 km məsafədə "quş uçuşu üzrə”) keçirilmişdir. Qaçış iştirakçıları 12 nəzarət məntəqələrində (NM) qeydə alınmalı olmuşlar. Qadınlar arasında məsafənin uzunluğu 4,8 km, NM sayı isə 10 olmuşdur. Kişilər arasında şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Azərbaycan ÇempionuUkraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko olmuş, Niyaməddin Əsədov (MN – 2) gümüş mükafata layiq görülmüş, üçüncü yeri Anar Qasımov (MN – 1) tutmuşdur.


            Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan Çempionu idmançı Natalya Əliyeva (SMEF – 1) olmuş, ikinci yeri Günel Quliyeva (ADBT və İA Gənclik klubu– 1) tutmuş, və Tatyana Qəniyeva (SMEF – 1) bürünc mükafat qazanmışdır.


            Çempionatın ikinci günü kişilər arasında 4,6 kilometrlik qısa məsafəyə qaçış və 13 NM, qadınlar arasında isə 3,5 kilometrlik məsafəyə qaçış və 10 NM qeydə alınmaq nəzərdə tutlmuşdu. Nəticədə kişilər arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Aleksandr Mişenko olmuş, ikinci yeri Skvortsov Vladimir (FAİREX – 2) tutmuş, Niyaməddin Əsədov (MN – 2) bürünc medala layiq görülmüşdür.


            Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina (Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi) olmuş, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutmuş, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olmuşdur.


            İkigünlük yarışların yekunları üzrə komanda hesabında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kuboku MN – 2 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) komandası (Cəfərov Asif, Əsədov Niyaməddin, Quliyeva Vüsalə, Nuriyeva Aysel; nümayəndə Elvin Məmiyev, rəhbər Eldar Məmmədov) qazanmışdır; ikinci yeri MN-1 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) komandası (Əhmədli Anar, Qasımov Anar, İrəfiyeva Cəmilə, Rüstəmova Lətifə; nümayəndə Elvin Məmiyev, rəhbər Eldar Məmmədov), üçüncü yeri isə Səmti Müəyyən Etmə Federasiyasının (SMEF – 1) komandası (Kazımov Rauf, Dadaşov Firuz, Əliyeva Natalya, Qəniyeva Tatyana; rəhbər: Mirəli Kazımov, nümayəndə: Etibar Məmmədov) tutmuşdur.


            Şəxsi hesabda ikigünlük yarışların yekunları üzrə nəticələr Federasiyanın saytında (www.smef.az) dərc edilmişdir.


            Fərdi hesabda qaliblər və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilmişlər. Bundan başqa, yarışların qalibləri əlavə olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.


            Yarışların keçirildiyi dövrdə xüsusi atmosfer hökm sürmüşdür. Səmti müəyyən etmə üzrə idman veteranları ötən illər ərzində populyarlığını və kütləviliyini itirmiş bu idman növünün indiki sürətli inkişafına sevinirdi. Gənclər isə yüksək nailiyyətlər idmanına qoşulmaqla yanaşı, köhnə dostlarla görüşmək, səmti müəyyən etmə üzrə yeni başlayan idmançılar arasında dostlar qazanmaq imkanına malik olmuşlar.

            Yarışların keçirildiyi iki gün ərzində Azərbaycan Sərhəd Qoşunlarının komandanlığı tərəfindən səhra mətbəxinin təmin edilməsi də yarışların xüsusi atmosferinin formalaşmasına kömək göstərmişdir. Finişdə isti ordu sıyığının və çayın olması yarış iştirakçıları üçün gözlənilməz, lakin xoş bir məqam olmuşdur.


            Prezident Kuboku uğrunda keçirilən yarışların ilk günündə Təşkilatçılar tərəfindən diskoteka, eləcə də səmti müəyyən etmə ustalığı yolunda ilk addımlarını atan uşaqlar arasında mini – yarışın keçirilməsi iştirakçılar arasında xüsusi sevinc hissi yaratmışdır. Uşaqlar arasında keçirilən yarışın bütün iştirakçıları "şirin” prizlərlə mükafatlandırılmışlar.


            Cari il sentyabr ayının 28-30 Açıq Respublika Çempionatı və cari il oktyabrın 19-21 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok uğrunda müvəffəqiyyətlə keçirilmiş yarışlardan sonda Səmti Müəyyən Etmə Federasiyası qarşısında iddialı bir məqsəd qoyur – artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013 – cü ilin yazında Türkiyə, Russiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışları keçirmək.


          Bü gün Azərbaycanın üzv olduğu Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının dəstəyi ilə 2013 –cü ilin payızından başlayaraq daimi olaraq Azərbaycan Respublikası ərazisində Xəzər – Çernomorye regionu ölkələrinin idmançılarının iştirak edəcəyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda yarışların keçirilməsi planlaşdırılır. (foto arxiv)

 

SMEİF