Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
       
          Səmti müəyyən etmə idmanı Azərbaycanda kütləvi idman növü kimi "ikinci nəfəs” aldı. Respublika çempionatına yekun vuruldu. 

             Təxminən 20 – illik fasilədən sonra səmti müəyyən etmə idmanı Azərbaycanda dirçəlməyə və kütləvi mahiyyət əldə etməyə başlamışdır. Bu müsbət tendensiyanın parlaq sübutu 28-30 sentyabr 2012-ci il tarixində Nabranda (Yalama q.) səmti müəyyən etmə idmanı üzrə açıq Respublika Çempionatının keçirilməsi oldu. Bu yarışlarda rekord sayda idmançı – müxtəlif nazirliklərdən və idarələrədən, silahlı qüvvələr, eləcə də universitet, müəssisə və respublikanın müxtəlif şirkətlərindən təşrif buyurmuş, ümumi sayda 200 nümayəndədən ibarət 26 komanda iştirak etmişdir. Həmçinin, qeyd olunmuş yarışlarda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak etmişdir (şəxsi hesabda). 

           

           Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti Mirəli Kazımov, Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Xaçmaz rayon İdarəsinin rəisi Qalib Səfərəliyev Azərbaycanın Açıq Respublika Çempionatının təntənəli açılış mərasimində təbrik nitqi ilə çıxış etmişdirlər. Dəvət olunmuşlar arasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin III regional idarəsinin rəisi Vidadi Kərimov da vardır. Mərasim zamanı dövlət himni səslənmiş, Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmışdır.

 

            Fərdi birincilik və komanda hesabında nəticələrin yekunlaşdırılması ilə birgə iki gün ərzində keçirilən yarışların əsas xüsusiyyəti ondan ibarətdir ki, bu yarışlar ilk dəfə olaraq idman xəritəçiliyi sahəsində olan xarici mütəxəssislərin köməyi sayəsində tərtib edilmiş, bütün beynəlxalq standartlara uyğun olan xəritələrin istifadəsi ilə təşkil edilmişdir. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası M. Puqaç (Ukrayna) hakimlər kollegiyası arasında distansiyaların quruluşu üzrə müfəttiş qismində iştirak etmişdir. 


            Çempionatın ilk günü kişilər arasında verilmiş istiqamətdə uzun məsafəyə qaçış (uzunluğu – 7,1 km) keçirilirdi. Qaçış iştirakçıları 14 nəzarət məntəqəsində (NM) özünü qeyd etməli idilər. Qadınlar üçün məsafənin uzunluğu 5 km, NM sayı isə 10 ədəd təşkil etmişdir. Qeyd olunmuş yarışların nəticələrinə görə kişilər arasında uzun məsafəyə qaçışda Azərbaycan Respublikasının Çempionu Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko, gümüş medalı Samir Haqverdiyev (Azərbaycan Respublikasının Silahlı Qüvvələri), 3-cü yeri isə Cavid Ağayev (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qazanmışlar.


            Qadınlar arasında uzun məsafəyə qaçışda Azərbaycan Respublikasının Çempionu Natalya Əliyeva ("Alpklub-2” komandası), ikinci yeri Lətifə Rüstəmova tutdu (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası) və bürünc medalı Cəmilə İrəfiyeva qazanmışlar (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası). 


            Çempionatın ikinci günü kişilər üçün 4,1 km, qadınlar üçün isə 3,3 km uzunluğunda verilmiş istiqamətdə qısa məsafəyə qaçışdan ibarət idi, kişilər üçün NM sayı 13 ədəd , qadınlar üçün isə 8 ədəd təşkil etmişdir. Nəticədə kişilər arasında qısa məsafədə Azərbaycan Respublikasının Çempionu Cavid Ağayev (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası), ikinci yeri Sərxan Əhmədli (Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin komandası) və bürünc medalı Rüstəm Məmmədzadə ("Alpklub-2” komandası)  qazanmışdırlar. 


            Qadınlar arasında qısa məsafədə Azərbaycan Respublikasının Çempionu Natalya Əliyeva ("Alpklub-1” komandası), ikinci yeri İrina Mursaqulova ("Azneftkimyamaş) və bürünc medalı Aynur Qəhrəmanova (Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası) qazanmışdırlar. 


            Komanda hesabında iki günlük yarışların nəticələrinə görə, Azərbaycan Respublikasının Kubokunu, tərkibində Cavid Ağayev, Anar Qasımov, Anar Əhmədli, Asif Cəfərov, Cəmilə İrəfiyeva, Lətifə Rüstəmova (rəhbər – Oruc Abdullayev, nümayəndə - Məhərrəm Mehdiyev) olan Azərbaycan Respublikası Müdafə Nazirliyinin komandası; ikinci yeri tərkibində Rahil Məmmədov, Tariyel Cəbrayılov, Nizaməddin Məmmədov, Ziya Qardaşov, Aysel Nuriyeva (rəhbər – Şahin Sultanov, nümayəndə - Eldar Həmidov) olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası; üçüncü yeri tərkibində Müslim İmranlı, Anar Gözəlov, Marat Narbekov, Tatyana Qəniyeva, Nadejda Süleymanova (rəhbər – Mursaqulov Saridan, nümayəndə - Mursaqulov Faiq) olan "Alpklub-2” komandası tutmuşdurlar. 

          

            Şəxsi hesabda olan qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin medal və diplomları ilə təltif olunmuşdur. Bundan əlavə, yarışın qalibləri əlavə olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də "İnterbudmontaj” Ukrayna Şirkətinin təqdim etdiyi qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 


            Yarışların keçirildiyi vaxt ərzində xüsusi mühit müşahidə olunurdu. Rəqabət və priz yerləri üçün aparılan mübarizəyə baxmayaraq, yarış iştirakçıları bir birinə qarşı xeyirxah münasibət göstərirdi. Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının vitse-prezidenti Saridan Mursaqulovun başçılığı ilə hakimlər kollegiyasının apardığı dəqiq işi də qeyd etmək zəruridir. 


            Çempionatın iki günü ərzində Azərbaycan Sərhəd Qoşunlarının komandanlığı tərəfindən sahə mətbəxinin təşkil olunması da yarış zamanı xüsusi mühitin formalaşmasına təsir etmişdir. Finişdə "ordu sıyığı” və isti çayın olması yarış iştirakçıları üçün xoş gözlənilməz hal oldu.


            Məlumdur ki, idman insanları birləşdirir. Qeyd olunmuş yarışlar bu ümumi məlum tezisi bir daha təsdiq edir. Yarışın ilk ağır günündən sonra yorğunluğa baxmayaraq bütün iştirakçılar, onlara dəstək olmaq üçün yarışa gəlmiş ailə üzvləri, dost və tanışları ilə birgə tonqal ətrafında təşkil olunmuş şənlənməyə yığışmışlar. 


            Yarışlara hazırlıq zamanı mətbuatda səmti müəyyən etmə idman növünün Azərbaycanda inkişafına dair tez-tez "ilk dəfə olaraq” kəlməsi işlənirdi, və bu həqiqətə uyğundur. Qeyd olunmuş çempionata nümunə olaraq bir daha qeyd etmək lazımdır ki, bu yarışlar yüksək təşkilati, texniki – idman səviyyəsində keçirilmişdir. Bu isə Vergilər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Federasiya və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin uzlaşdırılmış işi hesabına həyata keçirilmişdir. 


            Bundan əlavə, yarışların ümummilli arenasında ilk dəfə olaraq səmti müəyyən edən hərbi və mülki idmançı şəxslər qarşılaşmışdır. Bu da xüsusi rəqabət və həqiqətən də yüksək idman nəticələri üçün mübarizə ruhunu yaratmışdır.  


            Qeyd olunmuş şərait beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malik olacaq, Respublika milli yığmasının formalaşdırılmasına dair Azərbaycanda səmti müəyyən etmə idmanı qarşısında duran əsas tapşırığın yerinə yetirilməsi kontekstində xüsusi əhəmiyyət əldə edir. Gücümüzü birləşdirməsək, bu səviyyəyə nail ola bilmərik. 


            Bu gün, açıq respublika çempionatının müvəffəqiyyətlə keçirilməsindən sonra, Federasiya qarşısına təkəbbürlü bir məqsəd qoyur – artıq gələn il yarışların yüksək elektron təminatına keçmək və Türkiyə, Russiya, Ukrayna, Belarus və Gürcüstandan gələcək komandaların iştirakı ilə Azərbaycan ərazisində ilk beynəlxalq yarışları keçirmək. 


            Federasiya yaxın zamanlarda Azərbaycanın da üzv olacaq Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası ilə respublika ərazisində daimi olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına beynəlxalq kubok uğrunda yarışların keçirilməsi məsələsini razılaşdırmağı planlaşdırır. Bu yarışlarda Xəzər – Çernomor regionu ölkələrindən olan idmançıların iştirakı nəzərdə tutulur.


            Səmti müəyyən etmə kütləvi idman növünün Azərbaycan ictimaiyyəti arasında geniş yayılmasına təsir edəcək növbəti addımlar bunlardır:

     -   cari il oktyabrın 16-da Federasiya tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə, Vergilər Nazirliyi, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə, "Ekcelsior” mehmanxanasında "Səmti müəyyən etmə idmanı - Azərbaycan Respublikasında. Vəziyyəti və perspektiv inkişafı yolları” adlı konfransın keçirilməsi; 

     -  18 oktyabr 2012 il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Təlim Mərkəzinin bazasında (Pirqulı qəs.) Beynəlxalq səmti müəyyən etmə Federasiyasının dəstəyi ilə, bu sahədə olan xarici mütəxəssisləri cəlb edərək səmti müəyyən etmə idmanı üzrə treninqin təşkil olnuması;

     -  19 – 21 oktyabr 2012 il tarixində Nabranda (Yalama q .) keçiriləcək, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev adına açıq kubok yarışlarının keçirilməsi. 

Çempionatın idman arenasında çəkilmiş  fotoşəkilləri əlavə edilir.

         

 

SMEİF