Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
Payız marafonu və ya səmti müəyyən edən idmançının günü

         

    "Yol” jurnalının dekabr ayında nəşr edilmiş 6-cı sayında səmti müəyyən etmə idman növü üzrə oktyabr ayında keçirilmiş Ümummilli lider Heydər Əliyevin adına həsr edilmiş Prezident Kuboku barədə "Payız marafonu və ya səmti müəyyən edən idmançının günü” başlıqı altında geniş məqalə dərc olunmuşdur. "Yol" jurnalı  2012 (6), Yana Maşkova 

           
 
 
Mirəli Kazımov: "Səmti müəyyən etmə - sağlam millətin idmanıdır"
 
   
     "Бакинский рабочий" qəzetində Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımovun həmin idman növü ilə bağlı müsahibəsi dərc olunmuşdur. Belə ki, müxbirin suallarını cavablandıran federasiya prezidenti keçirilmiş "Prezident Kuboku"-nun nəticələri, həmin yarışda ilk dəfə istifadə olunmuş elektron avadanlıqlar və eləcə də, may ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq turnir barəsində məlumat vermişdir. Бакинский радочий 24.12.2012
 
 
 
 

    
 
Azərbaycan BSMEF-in 74-cü üzvü
 
 
      Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasına (BSMEF) məxsus olan "Inside Orienteering" adlı jurnalın 14-cü səhifəsində "Azərbaycan BSMEF-in 74-cü üzvü” başlıqı altında məqalə dərc olunmuşdur. Belə ki, həmin  məqalədə Azərbaycanın BSMEF-ə üzv olunması və eləcə də Ümummilli lider Heydər Əliyevin adına həsr olunmuş prezident kuboku barədə məlumat verilmişdir.

     Onu da qeyd edək ki, sözü gedən jurnal ildə 6 dəfə nəşr olunur.   

 
 
 
       

 

 

Səmti müəyyən etmə idman növünün yeni qaydalar layihəsi

 


 

         Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti Mirəli Kazımovun yeni qaydalar layihəsi ilə bağlı müraciəti.

        Səmti müəyyən etmə idman növü üzrə yeni qaydalar layihəsi hazırlanmışdır. Qaydalar üzrə ehtiyac olan halda dəyişikliklər (düzəlişlər)  29 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Şurasının keçiriləcək iclasının qərarı ilə qəbul olunacaq. qaydalar layihəsi

 
       Bu qaydalar üzrə əlavə təkliflər 28 dekabr 2012-ci il tarixədək qəbul olunur. təklif göndər

 

 

Milli yığmanın tərkibinin müəyyən ediməsi məqsədilə yenidən kross yarışı təşkil edilmişdir

Məlum olduğu kimi bu ilin dekabr ayının 8-də Səmti müəyyən etmə idman növü üzrə milli komandanın tərkibinin müəyyən edilməsi məqsədilə ADBTİA-nın stadionunda  namizədlərin fiziki hazırlığının yoxlanılması üçün yenidən kross yarışının təşkil edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilmiş tarixdə baş tutan yarışda oğlanlar üçün 6 km, qızlar üçün isə 3 km məsafəyə qaçış təyin edilmişdir. Həmin bu məsafələr üzrə namizədlərin fiziki hazırlıqları yoxlanılmış və baş məşqçi Nizami Mursaqulov tərəfindən lazımi qeydlər aparılmışdır. 

 

 

 

   Avropa Litseyində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz"  adlı təqdimat keçirilmişdir
                      

      28 noyabr 2012-ci il tarixində Bakı Avropa Litseyində "master – klass” layihəsi, eləcə də Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilmişdir.
      Qeyd olunan təqdimatı Federasiya Şurasının Fəxri üzvü, Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Aleksandr Mişenko və Azərbaycan Respublikasının səmti müəyyən etmə idmanı üzrə milli komandasının baş məşqçisi Nizami Mursaqulov keçirmişdir.   ardını oxu...
            




 
 
 
 
 
Milli Dirçəliş gününə həsr olunmuş mini turnir keçirilmişdir

Milli Dirçəliş Gününə həsr olunmuş mini turnirə yekun vurulmuşdur. 2 yaş qrupu üzrə (18 yaşadək  və 18 yaşdan yuxarı) keçirilən turnirdə 60-a yaxın idmançı iştirak etmişdir. 18 yaşdan yuxarı idmançılar üzrə 3.5 km məsafədə (15 NM) kişilər arasında I yeri Tuzov Vladislav, II və III yerləri isə müvafiq olaraq Əliyev Ramin və Yeremeyev Ruslan tutmuşlar. Qadınlar üzrə bu məsafədə qalib Əliyeva Nataliya olmuşdur. II yeri Quliyeva Günel, III yeri isə Mursaqulova Səbinə tutmuşdur.

18 yaşadək idmançılar arasında isə 1.5 km məsafədə (9 NM) kişilər arasında İbrahimov Kamal hamıdan birinci finiş xəttinə çatmışdır. II və III yerləri isə müvafiq olaraq Musayev Arif və Ələsgərov Cavid tutmuşlar. Bu qrup üzrə qadınlar arasında isə Baratzadə Şame I olmuşdur. Ağazadə Ayan II, Bayramova Ləman isə III yeri tutmuşdur. (digər iştirakçıların nəticələri)
            Qalib gəlmiş idmançılar qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır. Turnirdən sonra ekologiya tədbiri keçirilmişdir. (foto arxiv)






Milli Dirçəliş gününə həsr olunmuş mini turnir keçiriləcək

          
    Noyabr ayının 18-də Bakıxanov qəsəbəsində (start – Bakıxanov parkı) Milli Dirçəliş gününə həsr olunmuş iki yaş qrupu üzrə (18 yaşadək və 18 yaşdan yuxarı) mini turnir keçiriləcək. 12:00-da start verilməsi nəzərdə tutulan turnirin iştirakçılarının qeydiyyatı saat 11:30-dan başlayacaq.
 
    Noyabr ayının 18-də Bakıxanov qəsəbəsində (start – Bakıxanov parkı) Milli Dirçəliş gününə həsr olunmuş iki yaş qrupu üzrə (18 yaşadək və 18 yaşdan yuxarı) mini turnir keçiriləcək. 12:00-da start verilməsi nəzərdə tutulan turnirin iştirakçılarının qeydiyyatı saat 11:30-dan başlayacaq.

    Sözü gedən turnir Ukraynadan dəvət olunmuş mütəxəssis tərəfindən hazırlanmış bütün dünya tələblərinə uyğun olan idman xəritələrinin istifadəsi ilə keçiriləcəkdir. Qaliblər qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar. 


SMEİF-in idarə heyətinin iclası keçirilmişdir

Cari ilin noyabr ayının 10-da Federasiya Şurasının növbəti iclası keçirilmişdir. Həmin iclasda cari ildə Federasiya tərəfindən görülmüş işlərin yekunlarına baxılmış, və səmti müəyyən etmənin gələcəkdə Azərbaycanda kütləvi idman növü kimi tanınmasına təsir edəcək, 2013-cü il üzrə Federasiya tərəfindən keçirilməsi planlaşdırılan tədbirlər müzakirə edilmişdir.
İclas iştirakçıları Federasiyanın işində ən önəmli nailiyyət olaraq Respublikanın müxtəlif regionları üzrə ( Şamaxı, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ, eləcə də Bakı ətrafı qəsəbələr) 9 idman xəritəsinin hazırlanmasını qeyd ediblər.  ardını oxu...


 
 
 

Səmti Müəyyən Etmə İdman Federasiyasının Konfransı keçirilmişdir
       
       
 22 oktyabr 2012-ci il tarixində Bakı ş., ("Park Inn” mehmanxanasında) "Azərbaycan Respublikasında Səmti müəyyən etmə idman növünün hazırki vəziyyəti və gələcək perspektivləri” mövzusunda Konfrans keçirilmişdir.         

         Konfrans iştirakçıları qarşısında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti M. Kazımov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idarə rəisi M. Rəhimov, Azərbaycan Respublikası Vergilər Nazirinin müavini S.Ələkbərov, Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri A.Mişenko ardını oxu...

 

 
 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Prezident kubokuna yekun vurulub

                
     19 – 21 oktyabr 2012 il tarixində Nabranda (Yalama q.) Azərbaycan Respublikasında Səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər    Əliyev adına Açıq Kubok uğrunda yarış keçirilmişdir.
     
    Bu yarışların əsas xüsusiyyəti bundan ibarət idi ki, qeyd olunmuş yarışlar Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sisteminin (hər iştirakçının məsafədə elektron qeyd olunması) tətbiqi ilə həyata keçirilmişdir.

    Qeyd olunmuş texniki avadanlıq Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Tatyana Kalenderoğlu tərəfindən təmin edilmişdir.

    Hakimlər kollegiyasına xarici mütəxəssislər – Russiyanın Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Trempoltsev Aleksandr, Ukraynanın Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Mixail Puqaç da daxil idi, yarışın baş hakimi vəzifəsini isə Etibar Məmmədov (Azərbaycan) tutmuşdur. ardını oxu...

 
 
 

Səmti müəyyən etmə idmanı Azərbaycanda kütləvi idman növü kimi "ikinci nəfəs” aldı. Respublika çempionatına yekun vuruldu
            
     Təxminən 20 – illik fasilədən sonra səmti müəyyən etmə idmanı Azərbaycanda dirçəlməyə və kütləvi mahiyyət əldə etməyə başlamışdır. Bu müsbət tendensiyanın parlaq sübutu 28-30 sentyabr 2012-ci il tarixində Nabranda (Yalama q.) səmti müəyyən etmə idmanı üzrə açıq Respublika Çempionatının keçirilməsi oldu. Bu yarışlarda rekord sayda idmançı – müxtəlif nazirliklərdən və idarələrədən  ardını oxu...

 
 
 
 
 
 
 
Səhifə   1  2  3  4  5  6  7  8
 

SMEİF