Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

 

Fövqəladə Hallar Nazirliyinin qapalı çempionatına yekun vurlumuşdur

 

      Sentyabr ayının 14-16-sı tarixlərində keçirilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə III qapalı çempionatına yekun vurulmuşdur.  Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq elektron qeydolunma sisteminin tətbiqi ilə keçirilən yarışda 22 komandadan 100-ə yaxın idmançı iştirak etmişdir.

 

      Qəbələ rayonun meşə zolağında start   ardını oxu...

 

 

Gənclər səmti müəyyən etdilər

 

      Avqust ayının 4-9 tarixlərində “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirilməsi məqsədilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında təşkil etdiyi “Green” layihəsi başa çatmışıdr.

 

 

      Belə ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulmuş yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik   ardını oxu...

 

 

İdmançımız “O-Ringen” Akademiyasının diplomu ilə təltif olunub

 

      Xəbər verdiyimiz kimi İsveçin Boras şəhərində ənənəvi olaraq “O-Ringen Academy” təşkil olunmuşdur.  Belə ki, 15-25 iyul tarixləri arasında sözügedən Akdemiyaya qatılan səmti müəyyən etmə idman növü üzrə milli komandanın üzvü Süleyman Əliyev texniki biliklərdən istifadə etmə, xəritə çəkmənin əsasları, fiziki göstəricəlin yaxşılaşdırılması proqramları və s. mövzularda treninqlərdə iştirak etməklə yanaşı eyni zamanda da akademiyanın təşkil etdiyi beynəlxalq “O-Ringen 5 Days”  ardını oxu...

 

 

 

İdmançımız O-Ringen Akademiyasına qatılmışdır

 

     Hər il olduğu kimi bu il də İsveçdə "O-Ringen Academy" təşkil olunmuşdur. İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

 

    Keçirilən tədris kursunda iştirak üçün səmti müəyyən etmə üzrə Azərbaycan milli komandasının üzvü Süleyman Əliyev qatılmışdır. O-Ringen Akademiyasına qoşulmuş idmançımız   ardını oxu...

 

Silk way of orienteering - Azerbaijan 

 

      Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyasının 2015-ci il üzrə idman tədbirləri planına müvafiq olaraq 5-6 may tarixlərində Azərbaycana beş ölkədən (İsveçrə, İsveç, ABŞ, Norveç, Finlandiya) 60 nəfərdən yuxarı səmti müəyyən edən idmançı təşrif buyurmuşdur. Qrupa həm peşəkar səmti müəyyən edən idmançılar, həm də bu idmanın veteranları da daxildir, hansılar ki, bu gün müxtəlif peşə sahibləridirlər, lakin onları bütün dünyada kütləvi istirahət günü idmanı olan səmti müəyyən etmə  ardını oxu...

 

 

 

Səmti müəyyən etmə üzrə Azərbaycanın ilk medalı 



      Səmti müəyyən etmə idman növü üzrə 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən "Antalya O Days" turnirinə yekun vurulmuşdur.

 

      Keçirilmiş turnir Azərbaycanın səmti müəyyən etmə idmanı üçün böyük uğurla yadda qalmışdır. Belə ki, Alanya şəhərinin Cebeli Reis, Gedevet və Alanya Kastl ərazilərində qısa, orta məsafələr  ardını oxu...

 

 

 

 

“Antalya O Days” turniri davam edir

 

      Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə üzrə keçirilən “Antalya O Days” turnirində orta və qısa məsafələr üzrə yarışlara yekun vurulub.

 

      Belə ki, orta məsafə üzrə Cebeli Reis, uzun məsafə üzrə isə Gedevet ərazilərində keçirilən yarışlarda azərbaycanlı idmançılardan Süleyman Əliyev, Vladislav Tuzov, Sergey Telegin, Emin Məmmədov, Şəhriyar İsmayılov, Ramin Əliyev və Serqan Abasov   ardını oxu...

 

Azərbaycan idmançıları Türkiyəyə yollanıblar

 

       Xəbər verdiyimiz kimi 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə idman növü üzrə “Antalya O Days” turniri keçiriləcəkdir. Artıq sözügedən yarışda iştirak etmək üçün AR Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiya şurasının üzvü Xəyyam Məmmədov ilə yanaşı milli komandanın üzvlər və eləcə də həvəskar idmançılar Türkiyəyə yola düşüblər.  ardını oxu...

 

 

 

Ölkə Çempionatına yekun vuruldu

 

      Xaçmaz rayonun Nabran qəsəbəsində (Yalama k., “Tel bulağı”) Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası tərəfindən, Xaçmaz rayon icra hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə səmti müəyyən etmə üzrə Açıq Ölkə Çempionatı keçirilmişdir.

 

       Yarışda Azərbaycanın müxtəlif Nazirlik, güc strukturları, idarə, təşkilat, ali təhsil müəssisələri  ardını oxu...

 

 

Açıq Ölkə Çempionatı keçiriləcəkdir

 

      Noyabr ayının 7-9 tarixlərində Xaçmaz rayonunun Yalama qəsəbəsində (Nabran) səmti müəyyən etmə idman növü üzrə Açıq Ölkə Çempionatı keçiriləcəkdir. “Elit”  və  “Open” kateqoriyaları üzrə baş tutacaq yarışda həm komanda həm də fərdi hesabda qaliblər müəyyən ediləcək.

 

 

    Qeyd olunan yarış elektron qeydolunma sisteminin tətbiqi ilə həyata keçiriləcəkdir. Yarışda iştirak etmək istəyənlər federasiyaya müracət edə bilərlər. ətraflı...

 

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin yarışına yekun vuruldu

 

      Səmti müəyyən etmə idman növü üzrə Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə, hissə və bölmələri arasında keçirilən yarışa yekun vuruldu. İlk öncə AR SMEİF prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü Aleksandr Mişenko və yarışın baş hakimi Xəyyam Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar. Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə yarışa start verilmişdir.

 

      Şəxsi və komanda üzrə keçirilən yarışa hər birində 3 idmançı olmaqla 6 komanda qatılmışdır. Gərgin keçən mübarizədə  ardını oxu...

 

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin yarışı keçiriləcək

      Oktyabr ayının 15-i Binəqədi rayonunun “Avtovağzal” ərazisində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə, hissə və bölmələrinin səmti müəyyən etmə idman növü üzrə şəxsi-komanda birinciliyi keçiriləcəkdir. Saat 10:00 start veriləcək yarışa XDMX-nın 30-dan çox idmançısı  qatılacaqdır.

     

     Yarışda fərdi şəkildə iştirak etmək istəyənlər yarışa qatıla bilərlər. Əlaqə telefon: 0503012060

 

“Inside Orienteering” – avqust 2014

 

      “Inside Orienteering” jurnalının avqust ayı üçün buraxılışında səmti müəyyən etmə üzrə İtaliyada keçirilmiş dünya çempionatı, AR SMEİF-in nümayəndə heyətinin də iştirak etdiyi IOF-un Baş Assembleyası , yarışqabağı təşkil olunmuş klinik və eləcə də bu idman növünə aid digər xəbərlər barədə məqələlər dərc olunmuşdur. YÜKLƏ

 

 

 

 

 

Əfsanəvi O-Ringen səmti müəyyən etmə festivalı başa çatdı

 

 

      Daha öncə qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının nümayəndələri Zaur Seyidov və Ülkər Həmdullayeva 16-26 iyul tarixlərində İsveçdə təşkil edilən O-Ringen Akademiyasına qatılmışlar. Bu il 50 illiyini qeyd edən Akademiyaya dünyanın 10 ölkəsindən 30-a yaxın nümayəndə iştirak etmişdir.

 

      O-Ringen Akademiyasına qoşulmuş nümayəndələrimiz beynəlxlaq səviyyəli mütəxəssislərin iştirakı ilə xəritəçilik, məşqçilik, yarış təşkilatçılığı üzrə seminarlarda, eləcə də  meşə və  ardını oxu...

 

 

Federasiya nümayəndələri O-Ringen Akademiyasına qatılacaqlar

 

      Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bütün dünyada yüksək reytinqli akademiya olan "O-Ringen Academy"- də iştirak etmək üçün Beynəlxalq Federasiyadan rəsmi dəvət almışdır. İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən və bu il öz 50 - illiyini qeyd edən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.  ardını oxu...

 

     

SMEF prezidenti İOF-un Baş Assambleyasında çıxış etmişdir

 

 

      Dünya Çempionatı çərçivəsində iyul ayının 10-u İtaliyanın Lavarone şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının Baş Assambleyası keçirilmişdir. Assambleyaya İOF-a üzv olan bütün ölkələrin federasiya prezidentləri qatılmışdır. İclasın əsas məqsədlərindən biri İOF-un növbəti iki ili üçün Prezidentinin və İOF Şurasının yeni tərkibinin seçilməsindən ibarət idi.

 

       İclası giriş sözü ilə İOF-un Prezidenti Brayn Porteos açaraq iclas iştirakçılarını salamlamış, 31-ci Dünya Çempionatının   ardını oxu...

 

 

Federasiya nümayəndələri seminarlarda iştirak ediblər

 

      İtaliyada səmti müəyyən etmə üzrə keçirilən Dünya Çempionatı öncəsi bu idman növünün yeni inkişaf etdiyi ölkələr üçün nəzərdə tutulmuş seminar və praktiki məşğələlər (IOF development clinics) keçirilmişdir.

 

      Keçirilmiş bu seminarda Azərbaycan ilə yanaşı Argentina, Uruqvay, Çili, Ekvador, Kolumbiya, Moldova, Makedoniya, Serbiya, Kipr və Çernoqoriya kimi ölkələr iştirak etmişdir.  ardını oxu...

 
 
 
 
İtaliya - Dünya çempionatı
 

      05 - 13 iyul 2014 - cü il tarixində İtaliyada (Lavarone ş.) səmti müəyyən etmə üzrə Dünya Çempionatı keçiriləcəkdir. Ənənəvi olaraq Dünya Çempionatından öncə Beynəlxalq Federasiyası (IOF) və İtaliya Federasiyası tərəfindən  səmti müəyyən etmə idman növünün IOF-a qatılmış yeni üzv ölkələrdə fəal inkişafa istiqamətləndirilmiş seminar və praktik məşğələləri (IOF Development Clinics)  təşkil olanacaqdır. 

     

     Sözügedən seminarda AR SMEİF baş katibi  ardını oxu...

 
 
 
 
 

 

Heydər Əliyev adına Beynəlxalq kubok yarışına yekun vuruldu

 

      30 may – 1 iyun tarixlərində səmti müəyyən etmə idman növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı yekunlaşmışdır. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır. Yarışda elit, open və junior kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparırdı.  ardını oxu...

 

 

 

 

Beynəlxalq yarışa start verilmişdir

 

      Mayın 31-də Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışına start verilmişdir.

 

      Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub.

 

 

 

Ənənəvi Heydər Əliyev Kuboku keçirilir

 

      30 may - 01 iyun 2014-cü il tarixlərində Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçiriləcəkdir. Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.  ardını oxu...

 

 

 

Səhifə 1  2  3  4  5  6  7  8 

 

SMEİF