Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Sağlam ol və yarat

 

      İyun ayının 14-ü Tofiq Bəhramov adına Respublika stadionunda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Sağlam ol və YARAT!” adlı  qaçış yarışı təşkil edilmişdir. Əsas məqsəd Azərbaycan gəncliyində sağlam həyat tərzi təşviq etmək olan bu yarışda 350-dən çox həvəskar idmançı iştirak etmişdir.

 

      Bir kilometr üzrə keçirilmiş yarışda AR SMEİF-in üzvü  ardını oxu...

 

 

 

 

Heydər Əliyev adına Beynəlxalq kubok yarışına yekun vuruldu

 

      30 may – 1 iyun tarixlərində səmti müəyyən etmə idman növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı yekunlaşmışdır. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır. Yarışda elit, open və junior kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparırdı.  ardını oxu...

 

 

 

 

Beynəlxalq yarışa start verilmişdir

 

      Mayın 31-də Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışına start verilmişdir.

 

      Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub.

 

 

 

Ənənəvi Heydər Əliyev Kuboku keçirilir

 

      30 may - 01 iyun 2014-cü il tarixlərində Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçiriləcəkdir. Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.  ardını oxu...

 

 

 

"Heydər  zirvəsi"nə ənənəvi olaraq alpinist yürüşü

 

      Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi şərəfinə  Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə ənənəvi beynəlxalq alpinist yürüşü təşkil olunmuşdur.

 

      Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov Vergilər Nazirliyinin əməkdaşları ilə "Heydər zirvəsi”nin ənənəvi  ardını oxu...

 

 

 

Milli komanda yarışqabağı məşqlərdə iştirak edir

 

      Ümummilli lider Heydər Əliyevin adına keçiriləcək Beynəlxalq Kubok yarışında iştirak edəcək milli komandamız yarışqabağı məşqlərini davam etdirir. Belə ki, may ayının 3-4-ü federasiyanın rəyasət heyətinin üzvü Tatyana Solovyovanın başçılığı altında milli komanda və eləcə də digər həvəskar idmançılar üçün təlim-məşq toplanışı keçirilmişdir.

 

     Təlimin ilk günü Nabranda (Xaçmaz rayonu) baş tutmuşdur. Belə ki, idmançılar 4.7 km məsafəni qət edərək 8 nəzarət məntəqəsində  ardını oxu...

 

 

 

“Baku-Oxford School” – yeni səmti müəyyən edənlər

 

 

      Bu gün AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən “Baku-Oxford School”da bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilmişdir.

     

      Təxminən yüzə yaxın şagirdin qatıldığı tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov ölkəmizdə aparılan idman siyasəti, dövlət tərəfindən bütün idman ardını oxu...

 

 

 

Neft, qaz, kimya sənayesi işçilərinin açıq yarışna yekun vuruldu

 

     Bu gün "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə “Velopark” ərazisində  Neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında açıq yarış keçirilmişdir. Yarışı giriş sözü ilə açan Neftçi İdman Klubu İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulamışdır. Çıxışdan sonra AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron ardını oxu...

 

 

 

Beynəlxalq Kubok yarışı - "World of O" saytında

 

 Cari ilin 30 may - 1 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı barədə ilk dəfə olaraq Worldofo.com internet səhifəsində geniş məlumat yerləşdirilmişdir. Məlumat üçün bildirək ki, "International Orienteering Calendar" adlı səhifədə səmti müəyyən etmə idman növü üzrə dünyanın müxtəlif ölkələrində keçiriləcək tədbirlər barəsində ətraflı məlumatlar yer alır.

 

 

 

 

Milli yığma komandamız ilk dəfə olaraq Avropa Çempionatında çıxış etdi

 

      Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa Çempionatı yekun vurulmaq üzrədir.  Avropa İşçi Qrupuna daxil olduqdan sonra ilk dəfə olaraq Avropa Çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edir. Azərbaycan ilə yanaşı Avropanın 30-a yaxın ölkəsindən təşrif buyurmuş beynəlxalq dərəcəli idmançılar da bu yarışa qatılmışdır.

 

      Öz çətinliyi və gərgin mübarizəsi ilə xüsusi diqqət çəkən Avropa Çempionatda uzun və orta məsafələrdə qaçışlar  ardını oxu...

 

 

Page 1  7

 

SMEİF