Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Sağlam ol və yarat

 

      İyun ayının 14-ü Tofiq Bəhramov adına Respublika stadionunda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Sağlam ol və YARAT!” adlı  qaçış yarışı təşkil edilmişdir. Əsas məqsəd Azərbaycan gəncliyində sağlam həyat tərzi təşviq etmək olan bu yarışda 350-dən çox həvəskar idmançı iştirak etmişdir.

 

      Bir kilometr üzrə keçirilmiş yarışda AR SMEİF-in üzvü  ardını oxu...

 

 

 

 

Heydər Əliyev adına Beynəlxalq kubok yarışına yekun vuruldu

 

      30 may – 1 iyun tarixlərində səmti müəyyən etmə idman növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı yekunlaşmışdır. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır. Yarışda elit, open və junior kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparırdı.  ardını oxu...

 

 

 

 

Beynəlxalq yarışa start verilmişdir

 

      Mayın 31-də Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışına start verilmişdir.

 

      Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub.

 

 

 

Ənənəvi Heydər Əliyev Kuboku keçirilir

 

      30 may - 01 iyun 2014-cü il tarixlərində Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçiriləcəkdir. Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.  ardını oxu...

 

 

 

 

 

Page 1  7

 

SMEİF