Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Milli komanda yarışqabağı məşqlərdə iştirak edir

 

      Ümummilli lider Heydər Əliyevin adına keçiriləcək Beynəlxalq Kubok yarışında iştirak edəcək milli komandamız yarışqabağı məşqlərini davam etdirir. Belə ki, may ayının 3-4-ü federasiyanın rəyasət heyətinin üzvü Tatyana Solovyovanın başçılığı altında milli komanda və eləcə də digər həvəskar idmançılar üçün təlim-məşq toplanışı keçirilmişdir.

 

     Təlimin ilk günü Nabranda (Xaçmaz rayonu) baş tutmuşdur. Belə ki, idmançılar 4.7 km məsafəni qət edərək 8 nəzarət məntəqəsində  ardını oxu...

 

 

 

“Baku-Oxford School” – yeni səmti müəyyən edənlər

 

 

      Bu gün AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən “Baku-Oxford School”da bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilmişdir.

     

      Təxminən yüzə yaxın şagirdin qatıldığı tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov ölkəmizdə aparılan idman siyasəti, dövlət tərəfindən bütün idman ardını oxu...

 

 

 

Neft, qaz, kimya sənayesi işçilərinin açıq yarışna yekun vuruldu

 

     Bu gün "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə “Velopark” ərazisində  Neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında açıq yarış keçirilmişdir. Yarışı giriş sözü ilə açan Neftçi İdman Klubu İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulamışdır. Çıxışdan sonra AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron ardını oxu...

 

 

 

Beynəlxalq Kubok yarışı - "World of O" saytında

 

 Cari ilin 30 may - 1 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı barədə ilk dəfə olaraq Worldofo.com internet səhifəsində geniş məlumat yerləşdirilmişdir. Məlumat üçün bildirək ki, "International Orienteering Calendar" adlı səhifədə səmti müəyyən etmə idman növü üzrə dünyanın müxtəlif ölkələrində keçiriləcək tədbirlər barəsində ətraflı məlumatlar yer alır.

 

 

 

 

Milli yığma komandamız ilk dəfə olaraq Avropa Çempionatında çıxış etdi

 

      Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa Çempionatı yekun vurulmaq üzrədir.  Avropa İşçi Qrupuna daxil olduqdan sonra ilk dəfə olaraq Avropa Çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edir. Azərbaycan ilə yanaşı Avropanın 30-a yaxın ölkəsindən təşrif buyurmuş beynəlxalq dərəcəli idmançılar da bu yarışa qatılmışdır.

 

      Öz çətinliyi və gərgin mübarizəsi ilə xüsusi diqqət çəkən Avropa Çempionatda uzun və orta məsafələrdə qaçışlar  ardını oxu...

 
 
Neft, qaz, kimya sənayesi işçilərinin açıq yarışı keçiriləcəkdir

 

      Aprel ayının 24-ü "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə Neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında  açıq yarış keçiriləcəkdir. Velopark ərazisində (Şixov, Ramada otelinin yaxınlığında) baş tutacaq yarışa 11:00-da start veriləcək.

     

     Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron qeydolunma sisteminin tətbiqi ilə keçiriləcək  ardını oxu...

 

 

 

İdmançılarımız Avropa Çempinatında iştirak edəcəklər

 

 

      Cari ilin 9-16 aprel tarixlərində Portuqaliyaın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa Çempionatı keçiriləcəkdir. Avropa İşçi Qrupuna daxil olduqdan sonra ilk dəfə Avropa Çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edəcək.

 

     Azərbaycan ilə yanaşı avropanın 30-a yaxın ölkəsi də keçiriləcək yarışa qatılacaqlar.  ardını oxu...

 

 

 

Milli komandanın üzvləri kross üzrə Bakı çempionatında iştirak edəcəklər

 

        Mart ayının 15-i Atletika Federasiyası tərəfindən kross yarışı üzrə Bakı çempionatı keçiriləcəkdir. Səmti müəyyən etmə üzrə Azərbaycan milli komandanın üzvləri və eləcə də digər idmançılar keçiriləcək kross yarışında iştirak edəcəklər. Saat 11:00-da start veriləcək yarışda kişilər və qadınlar üçün məsafə yaş qrupuna uyğun olaraq aşağıdakı şəkildə müəyyən  ardını oxu...

 

 

 

 

 

Dünya Kubokuna yekun vuruldu

 

      Türkiyədə səmti müəyyən etmə idman növü üzrə keçirilmiş Dünya kubokuna yekun vurulmuşdur. Belə ki, xəbər verdiyimiz kimi Dünya kubokunun ilk yarış günündə milli komandanın üç üzvü Emin Məmmədov, Vladislav Tuzov və Şəhriyar İsmayılov növbəti final B mərhələsinə vəsiqə qazansa da, qadın idmançımız Nataliya Əliyeva bütün nəzarət məntəqələrində qeyd olunmasına baxmayaraq finişə müəyyən edilmiş vaxtdan bir dəqiqə gec qalmaqla finala vəsiqə qazanmamışdır.   ardını oxu...

 
 
 
 
 
 
 Milli komandanın üç idmançısı Dünya Kubokunun növbəti final mərhələsinə vəsiqə qazandı


           Fevral ayının 28-i Dünya Kubokunun seçmə mərhələsinə start verilmişdir. Azərbaycan milli komandasının üç üzvü kubokun növbəti B final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, idmançılarımız Vladislav Tuzov, Emin Məmmədov və Şəhriyar İsmayılov verilmiş 3.6 km. məsafə üzrə 18 nəzarət məntəqəsində qeyd olunaraq finişə müəyyən edilmiş vaxtdan tez çatmışlar.

Bütün nəzarət məntəqələrində qeyd olunmuş qadın idmançımız Nataliya Əliyeva isə müəyyən olunmuş vaxtdan bir dəqiqə gec ardını oxu...

 

 
 
Federasiya tərəfindən Türkiyədə Xocalı faciəsinin anım mərasimi keçirilmişdir

          Dünya Kuboku və "Antalya O-Days” turnirinə qatılan Azərbaycan yığma komandasının iştirakı ilə Federasiyanın prezidenti Mirəli Kazımovun başçılığı altında yarış mərkəzi olan "Grand Haber Hotel”de Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş  anım mərasimi keçirilmişdir. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

 

Daha sonra tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov öz çıxışında bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu  ardını oxu...

 

 

Azərbaycan idmançıları Dünya Kubokunda
 

Bü gün səmti müəyyən etmə üzrə milli komandanın digər üzvləri eləcə də, Federasiya nümayəndələri Türkiyədə keçirələcək  Dünya Kuboku  və "Antalya O-Days” turnirində iştirak üçün qonşu ölkəyə yola düşüblər. Artıq Türkiyənin Antalya şəhərində olan idmançılarımız yarışöncəsi keçirilən məşqdə iştirak ediblər.  ardını oxu...

 

 

 

 

 

 

Dünya kuboku öncəsi milli komandanın dörd üzvü Türkiyəyə yola düşdü

 

 

      Səmti müəyyən etmə üzrə Azərbaycan milli komandasının dörd üzvü, Vladislav Tuzov, Ramin Əliyev, Elina Çerpakova və Tatyana Qəniyeva 27 fevral - 2 mart tarixlərində keçiriləcək Dünya Kuboku və "Antalya O-Days” turniri ərəfəsində beynəlxalq dərəcəli mütəxəssislər və məşqçilər tərəfindən təşkil olunmuş təlim-məşq toplanışına qatılmaq üçün Türkiyəyə yola düşmüşlər. Gündə iki dəfə keçiriləcək təlim-məşqlər Türkiyənin Manavqat, Kəmər və Antalya  ardını oxu...

 

          

 

 
Səmti müəyyən edənlər "Velopark"da
 

Bu gün səmti müəyyən etmə idman növü üzrə  milli yığma komandasına namizəd idmançılar üçün Velopark ərazisində təlim-məşq toplanışı keçirilmişdir. Təxminən otuza yaxın idmançının qatıldığı toplanışda kişilər 18, qadınlar üçün isə 15 nəzarət məntəqəsində qeyd olunmalı idilər (xəritələr)

 

Elektron qeydolunma sistemi tətbiq ilə keçirilən toplanışdakı xəritə ardını oxu...

 

 

 

         

Seçmə məşq toplanışların ikinci mərhələsi keçiriləcək 


      09 fevral tarixində Velopark ərazisində (Şixov, Ramada otelinin yaxınlığında) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə  milli yığma komandasına namizəd idmançılar üçün nəzərəd tutulmuş təlim-məşq toplanışının  ikinci mərhələsi keçiriləcəkdir.  ardını oxu...

 

 

 

 

 

 
Ukraynalı mütəxəssisin iştirakı ilə məşqlər və seminarlar keçiriləcəkdir
 

       Federasiya tərəfindən Ukraynalı mütəxəssis, xəritəçi Mixail Puqaçın Azərbaycanda beynəlxlaq standartlara cavab verən yeni idman xəritələrinin çəkilməsi ilə əlaqədar ölkəmizə dəvət olunduğu barədə məlumat verilmişdir.

      Xəritələrin çəkilməsi ilə paralel olaraq xarici mütəxəssis tərəfindən II və IV günlər Respublika Olimpiya Mərkəzində milli komandaya namizəd idmançılara məşqlər  keçiriləcək. Eləcə də həftənin I və III günləri  ardını oxu...

 

 

 

 

          

Səhifə 1  2  3  4  5  6  7  8 

 
 
 

SMEİF