Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Əfsanəvi O-Ringen səmti müəyyən etmə festivalı başa çatdı

 

      Daha öncə qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının nümayəndələri Zaur Seyidov və Ülkər Həmdullayeva 16-26 iyul tarixlərində İsveçdə təşkil edilən O-Ringen Akademiyasına qatılmışlar. Bu il 50 illiyini qeyd edən Akademiyaya dünyanın 10 ölkəsindən 30-a yaxın nümayəndə iştirak etmişdir.

 

      O-Ringen Akademiyasına qoşulmuş nümayəndələrimiz beynəlxlaq səviyyəli mütəxəssislərin iştirakı ilə xəritəçilik, məşqçilik, yarış təşkilatçılığı üzrə seminarlarda, eləcə də  meşə və dağlıq ərazilərdə texniki məşqlər iştirak etmişlər.

 

      İsveçin O-Ringen Akademiyasını uğurla başa vuran Federasiyamızın baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva Akademiyanın diplomu ilə təltif olunmuşlar.

 

      Sonda onu da qeyd edək ki, on gün davam edən seminar və məşğələlər çərçivəsində İsveçin Kristianstad şəhərində “O-Ringen 5 Days” yarışı keçirilmişdir. Federasiya nümayəndələrinin də qatıldığı yarışa 15 mindən çox idmançı qatılmışdır.  (foto arxiv)

 

SMEİF