Xaçmazda ölkə çempionatı keçiriləcək
Oktyabr ayının 6-7-si Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında səmti müəyyənetmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçiriləcəkdir. İki gün davam edəcək yarışda idmançılar uzun və orta məsafə üzrə yarışda qüvvələrini sınayacaqlar.
Yarışın əsasnaməsi və iştirak üçün qeydiyyat linki tezliklə yayımlanacaqdır.