Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

 

Ölkə Çempionatına yekun vuruldu

 

      Xaçmaz rayonun Nabran qəsəbəsində (Yalama k., “Tel bulağı”) Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası tərəfindən, Xaçmaz rayon icra hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə səmti müəyyən etmə üzrə Açıq Ölkə Çempionatı keçirilmişdir.

 

       Yarışda Azərbaycanın müxtəlif Nazirlik, güc strukturları, idarə, təşkilat, ali təhsil müəssisələri, idman klubları, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik missiyalarını təmsil edən 12-dən çox komanda iştirak etmişdir.

 

       Yarış iki kateqoriya – “Elit” (peşəkar idmançılar) və “Open” (yeni başlayanlar) üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda təşkil olunmuşdur. İştirakçıların ümumi hesabı 140 nəfər olmuşdur. İdmançılar öz kateqoriyasına müvafiq olaraq məsafəni keçərək, idman xəritəsində qeyd olunan nəzarət məntəqələrində elektron çip vasitəsilə müəyyən ardıcıllıqla qeyd olunmalı idilər.

 

      Yarışın ilk günündə elit kateqoriyası üzrə orta məsafədə kişilər arasında Müvəssil Allahverdiyev  7.0 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatmışdır. Neftçi klubunun idmançısı İsmayılov Şəhriyar ikinci yeri tutmuşdur. Rəqibindən bir neçə dəqiqə geridə qalan Məmmədov Emin (Dağçılıq İdman Klubu) bürünc medal qazanmışdır. Bu məsafə üzrə (4.9 km, 11 nəzarət məntəqəsi) qadınlar arasında Əliyeva Nataliya (Neftçi İK) qızıl medal qazanmışdır. Abaszadə Rəna (XDMX) ikinci, Şiyanova Nataliya (DİK) isə üçüncü olmuşdur.

 

      Open kateqoriyası üzrə (3.9 km, 9 nəzarət məntəqəsi) kişilər arasında Pupov Anton (Climb Club) birinci, Aleksey Antonyuk (Romsat) ikinci, Məmmədov Bəhruz (Rock Stone) isə üçüncü olmuşdur. Qadınlar arasında isə Əliyeva Süsən (Rock Stone) 3.0 km məsafə üzrə 9 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Gümüş medalı Məmmədova Fidan (Climb Club) qazanmış, üçüncü yeri isə Fedyukina Tatyana (Ukrayna səfirliyi) tutmuşdur.

 

      Yarışın ikinci günündə elit kateqoriyası üzrə kişilər arasında qısa məsafədə (3.9 km, 13 nəzarət məntəqəsi) İsmayılov Şəhriyar (Neftçi İK) fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışdır. Gümüş medalı Qənbərov Ədail (XDMX)  qazanmışdır. Üçüncü yeri isə Əliyev Süleyman (Neftçi İK) tutmuşdur. Qadınlar arasında (məsafə parametrləri: 3.5 km, 10 nəzarət məntəqəsi) isə Əliyeva Nataliya (Neftçi İK) qızıl medal qazanmışdır. Maşkova Olqa (DİK) ikinci, Abaszadə Rəna (XDMX) isə üçüncü olmuşdur.

 

      Open kateqoriyasında kişilər arasında Fedyukin Andrey (Ukrayna səfirliyi) ikinci yarış günündə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Əliyev Elvin ikinci, Əliyev Cavid (AzDBTİA) isə üçüncü olmuşdur. Qadınlar arasında Adnaliyeva Pərvanə (Rock Stone) birinci, Belousova Anna (Alp Klub) və Əzənmədova Aygün isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

 

      İki günün umumi nəticələrinə əsasən Neftçi İK komandası kuboka sahib olmuşdur. Müdafiə Nazirliyinin komandası gümüş, Alp Klub komandası isə yarışın bürünc medallarını qazanmışdır.

 

      Sonda qaliblər diplom və qiymətli hədiyyələr ilə mükafatlandırıldı.

   

 

 

SMEİF