Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Ölkə çempionatına yekun vuruldu

 

            Oktyabr ayının 6-7-si Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında səmti müəyyənetmə idman növü üzrə növbəti açıq ölkə çempionatı keçirilmişdir. Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali və orta təhsil müəssisələri daxil olmaqla ümumilikdə 150-ə yaxın idmançı uzun və orta məsafə üzrə mübarizəyə qoşuldu.

 

              Gərgin keçən mübarizədə iki günün cəmi üzrə K21 kateqoriyasında Vladislav Tuzov (“Neftçi İK”) bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olmuşdur. Neftçi İdman Klubunun digər idmançıları Gennadiy Klim və Maksim Baxoldin isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Elit kateqoriyasında qadınlar arasında isə Müdafiə Nazirliyinin idmançısı Məryəm Ziyadxanova qızıl medala sahib olmuşdur. Fövqəlada Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva gümüş, Dağçılıq İdman Klubunun idmançısı Olqa Maşkova isə bürünc medal qazanmışlar.

 

         Komanda hesabına gəldikdə isə Nefçi İdman klubu yarışın qalibi olaraq kuboku qazandı. Dağçılıq İdman Klubu 2-ci, Müdafiə Nazirliyinin komandası isə 3-cü oldu.

 

Digər kateqoriyalar üzrə:

Junior M:          1. Eldar Qaravəliyev (RUGİM)

                         2. Timur Beker (3 saylı UGİM)

                         3. Əli Sultanov (3 saylı UGİM)

 

Junior W:          1. Vüsalə İsayeva

 

Open M:           1. Saday Əsədov (AD Bədən Tərbiyəsi İdman Ak.)

                         2. Rəvan Nəsibov (AR Səfərbərlik HXÇDX)

                         3. Xaliq Tağıyev (AR Səfərbərlik HXÇDX)

 

Open W:           1. Anastasiya Volodina (3 saylı UGİM)

                         2. Alla Bağırova (Dağçılıq İK)

                         3. Şəmsiyyə Ələkbərova (3 saylı UGİM)

 

M35:                 1. Amid İsaqov (Dağçılıq İK)

                         2. Elçin Əhmədov (Neftçi İK)

                         3. Pərvin Əliyev

 

W35:                 1. Şəfəq Quliyeva (Müdafiə Nazirliyi)

                         2. Könül Əsədova

                         3. Leyla Mursakulova

 

M50:                 1. Tahir Süleymanov

                         2. Lətif Lətifov

                         3. Albert Menyayev

 

W50:                 1. Yelena Filippova

                         2. Nadejda Süleymanova

                         3. Lyüdmila Lətifova

 

Qalib gələn idmançılara medal və diplomlar təqdim edildi.

 

SMEİF