Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Federasiya nümayəndələri O-Ringen Akademiyasına qatılacaqlar

      Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bütün dünyada yüksək reytinqli akademiya olan "O-Ringen Academy"- də iştirak etmək üçün Beynəlxalq Federasiyadan rəsmi dəvət almışdır. İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən və bu il öz 50 - illiyini qeyd edən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

Bu il İsveçin Skane şəhərində 16-26 iyul 2014 - cü il tarixlərində təşkil olunacaq tədris kursları üç istiqamətdə həyata keçiriləcəkdir:

1. xəritəçilik
2. yarış təşkilatçılığı (hakimlik)
3. məşqçilik

       

      Keçiriləcək tədris kursunda AR SMEİF-in baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva iştirak edəcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcəkdir.

     

      Tədris və seminarlardan  əlavə bu müddət ərzində Kristianstad şəhərində "5-Days" yarışı da keçiriləcəkdir.

     

      Onu da qeyd etmək lazımdır ki, bu il O-Ringen Akademiyasında müxtəlif ölkələrdən 30-a yaxın federasiya nümayəndələri iştirak edəcəkdir. 

 

SMEİF