Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

İdmançımız “O-Ringen” Akademiyasının diplomu ilə təltif olunub

 

      Xəbər verdiyimiz kimi İsveçin Boras şəhərində ənənəvi olaraq “O-Ringen Academy” təşkil olunmuşdur.  Belə ki, 15-25 iyul tarixləri arasında sözügedən Akdemiyaya qatılan səmti müəyyən etmə idman növü üzrə milli komandanın üzvü Süleyman Əliyev texniki biliklərdən istifadə etmə, xəritə çəkmənin əsasları, fiziki göstəricəlin yaxşılaşdırılması proqramları və s. mövzularda treninqlərdə iştirak etməklə yanaşı eyni zamanda da akademiyanın təşkil etdiyi beynəlxalq “O-Ringen 5 Days” yarışında da iştirak etmişdir.

 

      Təxminən 10.000-dən çox iştirakçının yer aldığı yarışmada idmançılar 120 kateqoriyada mübarizə aparmışlar. Milli komandamızın üzvü Süleyman Əliyev kişilərin "H21 Kort" kateqoriyasında çıxış etmişdir.

 

      Əsas məqsəd səmti müəyyən etmə idman növünün müxtəlif ölkələrdə daha dərindən öyrənilməsini təmin etmək və idman növünün yayılmasına şərait yaradılmasına istiqamətlənmiş olan bu Akademiyada iştiraka görə idmançımız diplom ilə təltif olunmuşdur.

 

SMEİF