Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

İdmançımız O-Ringen Akademiyasına qatılmışdır

 

     Hər il olduğu kimi bu il də İsveçdə "O-Ringen Academy" təşkil olunmuşdur. İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

 

    Keçirilən tədris kursunda iştirak üçün səmti müəyyən etmə üzrə Azərbaycan milli komandasının üzvü Süleyman Əliyev qatılmışdır. O-Ringen Akademiyasına qoşulmuş idmançımız beynəlxlaq səviyyəli mütəxəssislərin iştirakı ilə xəritəçilik, məşqçilik, yarış təşkilatçılığı üzrə seminarlarda, eləcə də  meşə və dağlıq ərazilərdə texniki məşqlərdə iştirak edəcəkdir.

 

     İyul ayının 18-i Boras şəhərində tədbirin rəsmi açılış mərasimi təşkil olunmuşdur.      

 

      Tədris və seminarlardan  əlavə bu müddət ərzində "5-Days" yarışı da keçiriləcəkdir. 5 gün davam edəcək yarışda dünyanın 40-dan çox ölkəsinin idmançıları iştirak edəcəkdir.

 

SMEİF