Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

      Nizami Tərlan oğlu Ağayev - 1976-ci ildə Bakı şəhərində anadan olub.

     1983-1993-cü ildə Bakı şəhəri Hüseyn Cavid adına 132 saylı orta ümumtəhsil məktəbini bitirib. 1998-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Bakı Asiya Universitetini bitirib. İngilis və rus dillərini bilir. 1996-cı ildən 2003-cü ilə qədər informasiya və kommunikasıya texnologiyaları sahəsi üzrə biznes fəaliyyəti ilə məşğul olub. 
     
     2003-cü ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində çalışır. Ailəlidir iki övladı var.

 

 

 

 

 
 
                                  
   Xəyyam Kamil oğlu Məmmədov - 15 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Yexeqnazor rayonunda anadan olub.
    1991-ci ildə Nizami rayonu 109 saylı orta məktəbi bitirib. 1991-1971-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb.
    1994-1996-cı illərdə Milli Qvardiyada xidmət edib.
    Hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində dövlət qulluqçusudur.
    Ailəlidir, bir övladı var.

 

 
 
 
 
 
                                
   Solovyova Tatyana Petrovna - 1966-cı ildə Bakıda anadan olmuşdur.
   1987-ci ildə Kirov adına Azərbaycan İdman Universitetini fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Oktay Rzayevin başçılıq etdiyi Neftçi komandasının tərkibində səmti müəyyən etmə idman növü ilə məşqul olmağa başlamışdır. 1983-1992-ci ilə qədər ölkənin yığma komandasının üzvü, həm komanda həm də fərdi şəkildə müxtəlif dərəcələr üzrə qalib olub, idman ustası namizədidir.
 
   1987-1993-cü illər ərzində 2, 47 və 134 nömrəli məktəblərin 4-10-cu sinif şagirdləri ilə turizm və səmti müəyyən etmə idmanı üzrə Gənc Turistlər dərnəyinə başçılıq etmişdir. 1989-1992-ci illərdə səmti müəyyən etmə üzrə ”Poliqrafist” İdman Klubunun məşqçisi olmuşdur. Klubun komandası 1990-cı ildə turizm ve səmti müəyyən etmə üzrə Ümumiittifaq yarışlarında I yer tutmuşdur.
 
   1993-1997-ci illərdə Milli orduda idman məşqçisi olmuşdur. 1996-cı ildə komanda Silahlı Qüvvələr çempionatında qalib olmuşdur.
 
   Səmti müəyyən etmə üzrə yarışlarda hakimlər heyətində baş katib kimi fəal iştirak etmişdir.
 

 

 

 

SMEİF