Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Finlandiyada "Welcome to Azerbaijan" adlı gecə təşkil olunmuşdur


Səmti müəyyən etmə idman növü üzrə Finlandiyada keçirilmiş dünya çempionatında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımovun təşkilatçılığı ilə "Welcome to Azerbaijan” adlı gecə təşkil olunmuşdur. Həmin gecəyə İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı dünya çempionatında iştirak edən bütün komandaların federasiya prezidentləri, vitse-prezidentləri, baş məşqçilər, çempionatda fərqlənən idmançılar və eləcə də bu idman növünün veteranları təşrif buyurmuşdular. Təxminən 90 nəfərə qədər qonağın da iştirak etdiyi gecə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Bundan sonra AR SMEİF-in prezidenti Mirəli Kazımov gecədə iştirak edən bütün qonaqları salamladı. Öz çıxışında federasiya prezidenti qonaqlara Azərbaycan haqqında eləcə də bu idman növünün ölkəmizdə inkişafı haqqında məlumat vermiş, bundan başqa ölkə başçısı cənab İlham Əliyevtərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi idmana da göstərdiyi diqqət və qayğını qonaqlarını diqqətinə çatdırmışdır. Federasiya prezidentinin çıxışından sonra Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında qısametrajlı film nümayiş etdirildi. Film bütün qonaqlar tərəfindən böyük alqışlarla qarşılandı.


İOF rəsmiləri dövlət tərəfindən göstərilən böyük diqqət və dətək sayəsində bu idman növünün Azərbaycanda son iki il ərzində dinamika ilə inkişaf etdiyini xüsusi vurğulamış, federasiyanın cavan olmasına baxmayaraq qısa müddət ərzində həyata keçirilmiş layihələr, turnirlər, səmti müəyyən etmənin xüsusi olaraq gənclər arasında yayılmasına istiqamətləndirilmiş tədbirləri, görülmüş işləri müsbət dəyərləndirmiş, digər ölkələrin federasiya nümayəndələrinə bir nümunə kimi tövsiyyə olunmuşdur.Bu fürsətdən istifadə edərək sonda İOF prezidenti hamını dost Azərbaycana dəvət etdi və öz nümayəndələri ilə birgə gələn il Azərbaycanda toplantı keçirilməsi barədə bildirdi.

 

Çıxışdan sonra may ayında Azərbaycanda keçirilmiş Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışı haqqında videorolik nümayiş etdirilmişdir. Bu videorolikdən dərhal sonra sözügedən kubok yarışında iştirak etmiş İOF prezidentinin xüsusi nümayəndəsi Tatayana Kalendaroğlu və eləcə də Rusiya SMEF-in nümayəndəsi Aleksandr Trempoltsev öz çıxışlarında Azərbaycanda təşkil olunmuş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışının yüksək səviyyədə keçdiyini bildirməklə yanaşı Azərbaycanın təbiəti, mətbəxi, insanların qonaqpərvərliyi haqqında da qonaqlara məlumat vermişlər.


Çıxışların sonunda AR SMEF-in prezidenti Mirəli Kazımov və İOF-un prezidenti Brian Porteos ilə birlikdə üzərində Azərbaycan bayrağı və "Welcome to Azerbaijan” yazılmış tortu kəsdilər. Bundan sonra milli musiqi altında qonaqlar ziyafətə dəvət olundu.


Tədbirin gedişində İtaliya, Fransa, Kanada, Almaniya, Estoniya, Rusiya və digər ölkələrin federasiya prezidentləri, Avropa İşçi Qrupunun üzvləri bu gecəyə görə öz təşəkkürlərini bildirməklə yanaşı belə bir səmimi, unudulmaz gecədə heç zaman olmadıqlarını qeyd etmişlər. Rusiya Federasiyasının vitse-prezidenti eləcə də Avropa İşçi Qrupunun nümayəndəsi Aleksandr Kuzmin isə həmin yarışda Rusiya komandasının əldə etdiyi qızıl medalı Azərbaycan gecəsinə həsr etdiyini bildirmişdir.


Sonda onu da qeyd edək ki, federasiyamız bu bu tədbirə böyük hazırlıq ilə qatılmışdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mətbəxi, təbiəti haqqında 120 ədəd kitab, 100 ədəd Azərbaycan haqqında xüsusi disk, eləcə də, Azərbaycanı və Bakını özündə əks etdirən rəsmlər, suvenirlər, milli xalçalar, tar-kaman,  Azərbaycan şərabları və konyaklar bütün qonaqlara hədiyyə olunmuşdur.  foto arxiv

 

SMEİF