Təxminən 70-ə yaxın idmançının qatıldığı yarışda fərdi hesabda K21 kateqoriyası üzrə kişilər 3.2 km məsafəni qət edib 16 NM-də qeyd olunma idilər. Gərgin keçən yarışda Şənlik Fətəliyev (Daxili Qoşunlar) bütün rəqiblərini arxada qoyaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən təxminən bir dəqiqə geri qalan Vladislav Tuzov (Alp klub) ikinci, Süleyman Əliyev isə üçüncü yeri tutmuşdur. Qadınların yarışında isə Elina Çerpokova (BSU Litsey) verilmiş 2.1 km məsafə üzrə 12 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Tatyana Qəniyeva (Alp klub) ikinci, Yuliya Karabut (Ukrayna) isə üçüncü olmuşdur.
Neftçinin daxili komanda yarışında isə Maddi Texniki Təchizat İdarəsinin komandası 96 xal ilə bütün rəqiblərini geridə qoyaraq birinci olmuşdur. Qalibdən 6 xal geri qalan Mədən Geofizika komandası ikinci, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə üçüncü olmuşdur. (ümumi nəticələr)
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir. (foto arxiv)
Facebook-da biz.